Potensial müştərilərinizin elanınıza hər baxdıqlarında nə düşündüklərini nə qədər başa düşmək üçün bir doğruluq testi edin.


Bir kiçik müəssisə sahibi yerli qəzetdə bir il boyunca həftədə bir dəfə nümayiş olunacaq bir elan üçün çətin mübarizə aparır və sonda bir müqavilə imzalayır. Beş həftə sonra nəticələrdən heç razı qalmır və müqaviləsini ləğv edir.


Beş həftədə beş elan marketinq baxımından yüksək tezlik kimi görünə bilər. Oxucunun elanla beş dəfə qarşılaşması bir az hərəkət yarda bilər. Satış tezliyinin artmasının reallaşmasını nəyin təmin edəcəyini dəqiq olaraq anlamaq üçün potensiallı müştərilərinizin hər qarşılaşmada nələr düşündüklərini bilməlisiniz.


Aşağıda elanınıza baxan bir adamın nə düşündüyü sıralanmışdır:


1. İnsan elana ilk baxdığı zaman onu görməyə bilər
2. İkinci dəfə baxdığı zaman onu diqqətdən yayındırar
3. Üçüncü dəfə baxanda, varlığından xəbərdardır
4. Dördüncü dəfə baxanda, onu daha əvvəl gördüyünü müəyyən qədər xatırlayar
5. Beşinci dəfə baxanda onu oxuyur
6. Altıncı dəfə baxanda ağız büzür
7. Yeddinci dəfə baxanda yaxşıca oxuyur və belə deyir: "Vau!"
8. Səkkizinci dəfə baxanda, "Yenə o qarışıq elan!" deyir
9. Doqquzuncu dəfə baxdığı zaman onun üçün bu hər hanısısa bir xeyir gətirib gətirməyəcəyi ilə maraqlanır
10.Onuncu dəfə baxanda qonşusundan məhsuldan və ya xidmətdən istifadə edib etmədiyi haqqında maraqlanır


11.On birinci dəfə baxanda reklam verənin bundan necə bir qarşılıq aldığı ilə maraqanır
12.On ikinci dəfə baxanda yaxşı bir şey olmalıdır, deyə düşünür
13.On üçüncü dəfə baxanda, bəlkə lazım olar, deyə düşünür
14.On dördüncü dəfə baxanda uzun zamandır belə bir şey istədiyini xatırlayır
15.On beşinci dəfə baxanda ala bilməyəcəyini düşünür


16.On altıncı dəfə baxanda bir gün ala biləcəyini düşünür
17.On yeddinci dəfə baxanda almaq üçün elanı verənə qısa bir qeyd yazır
18.On səkkizinci dəfə baxanda pulsuzluğuna lənət oxuyar
19.On doqquzuncu dəfə baxanda pulunu diqqətlə sayır
20.Elanı iyirminci dəfə gördüyü zaman təqdim edilən məhsulu ya da xidməti alır


Yuxarıdakı siyahı, Londonlu Tomas Smith tərəfindən 1885-də tərtib olunub. İndi, 2012-ci ildə, "Bu siyahının nə qədəri hələ də etibarlıdır?" deyə soruşsanız, hamısı...


Marketinqdə partizan taktikası.


İzləyənlərin fikrincə, uğurlu marketinqin sirri sabit bir plana sadiq qalmaqdır. Bir elanın 20 dəfə nümayiş olunmasına baxmayaraq heç alıcı çıxmasa belə bu sədaqəti qorumağın asan olacağını düşünürsünüzsə, yanılırsınız. Ticarətçi partizanlar, potensial bir müştərinin alma qərarının böyük ölçüdə reallaşdığı şüuraltına necə nüfuz edə biləcəklərini bildiklərindən, orada uzun müddət qalmağı təmin edəcək soyuqqanlılığa sahibdirlər. Bu da ancaq təkrarla ola bilər. Bu məlumat onların sabit plana olan sədaqətini daha da möhkəmlədir.


Ticarət yer, yer isə yenə də yer deməkdirsə; marketinqdə tezlik, tezlik yenə də tezlik deməkdir.