Bir müddət əvvəl istifadəyə verilən “Beynəlxalq Balansartırma Layihəsi” sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla Bakcell nömrəsinin balansını artırmaq mümkündür. İstər rouminqdə olan Bakcell abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və pos-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə həyata keçirilir. 
 
 
Layihənin əsas məqsədi azərbaycanlıların əsas səyahət istiqamətləri və icmalarının cəmləşdiyi ölkələrdə Bakcell xidmətlərini daha əlçatan etməkdir. Ilkin olaraq həmvətənlərimizin daha çox cəmləşdiyi Rusiya Federasiyasında fəaliyyətə başlayan bu xidmətdən yaxın vaxtlarda Türkiyə, Qazaxstan və Birləşmiş Ərəb Əmirliklərində də istifadə etmək mümkün olacaq.
 
Bakcell nömrəsinin balansını Rusiya ərazisindən artırmaq üçün “InterKoopBank” a qoşulu istənilən ödəniş terminalından (Svyaznoy, Evroset, Mobilniy Element), eləcə də, bankın filliallarından və post-terminallardan yararlanmaq olar. Xidmətdən gündəlik maksimal istifadə sayı 5, yüklənə bilən maksimum məbləğ isə 250 AZN-dir.