Samsung Galaxy S2-ni çox sevirdik. Parlaq ekran, super sürətli prosessor və möhtəşəm kamera ilə o, iPhone-aböyük bir rəqib olub. Və beləliklə onun daha təkmilləşmiş və yeni modelinin gələcəyi xəbəri onu sevənləri daha da həyəcanlandırıb.


Samsung fevral ayında öz yeni telefonunu Mobile World Congress-də elan edəcək. Onun-720p ekranı, 4qat sürətli prosessoru, 3D ekranı və həmçinin də TV-yə inteqrasiyası olacaq.


Yeni LG Optimus 3D telefonları istifadəyə veriləndən bəri digər 3D telefonları onun yanında zəif qaldılar. Lakin yeni S3 telefonlarının daha güclü olacaqğı planlaşdırılır.


Müştərilər həqiqətən Samsung Galaxy 7.7 Tablarında olduğu kimi yeni telefonda olan 720p Super AMOLED Plus ekranının olması, 2GB RAM və Android Ice Cream Sandwich fikrini çox bəyənir.


Biz S3-dən olan gözləntilərin yüksək olacağını düşümürük. S2 də çox möhtəşəm 5 ulduzlu bir telefon buraxıb və sadəcə 55 gün içində 3 milyon ədəd telefon satıb və bizim növbəti telefondan gözləntilərimiz daha çoxdur.


Əgər siz bu yeni yükləmələrə hazır deyilsinizsə, o zaman narahat olmayın, Cream Sandwich-in bu yaxınlarda S2 üçün də yüklənəcəyi nəzərdə tutulur, Samsungun cədvəlinə əsasən bu mart ayına kimi həyata keçirilməlidir.


Beləliklə, Siz 3D və ya möhtəşəm bir ekran əldə etməyənə kimi əlinizdə olan proqramlardan istifadə etməli olacaqsınız.