Bu dəfə mobil operatorun yeni təklifi potensial Nar mobile abunəçilərinə yönəlib. Belə ki, Nar Mobile mobil operatorunun yeni abunəçiləri artıq şəbəkəyə  qoşulmanın üstünlüklərini ilk andan etibarən hiss etməyə başlayacaqlar. Əldə edilən “Nar” nömrəsinin dəyərindən asılı olmayaraq, artıq hər bir yeni abunəçinin balansına dərhal 3 AZN hədiyyə ediləcəkdir. 


 



Hədiyyə kimi təqdim edilən məbləğ yeni nömrə aktivləşdirildikdən sonra avtomatik olaraq balansa yüklənilir. Bu məbləğdən ölkədaxili zənglər, SMS və İnternet, eləcə də istənilən tarif və ya kampaniyaya qoşulmaq üçün istifadə edilə bilər.


Daha ətraflı məlumatı bizim İnternet səhifəmizdən əldə etmək olar: http://narmobile.az/private/WelcometoNarMobile/