Media-kommunikasiya və marketinq həlləri üzrə dünya liderlərdən biri olan Aegis Media beynəlxalq reklam holdinqi Azərbaycanda öz mövqelərini daha da qüvvətləndirməyi planlaşdırır. Bu barədə Aegis Media Russia-nın MDB ölkələrində inkişaf üzrə direktoru Andrey Novikov bəyan edib.
Aegis Media Russia və OMM agentliyinin top-menecerləri arasında bu günlərdə Bakıda keçirilən görüş zamanı əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanda Aegis Media qrupunun mövqelərinin inkişafı və gücləndirilməsi istiqamətində planlaşdırılan addımlar müəyyən edildi.
Xatırladaq ki, OMM agentliyi 2009-cu ildən Aegis Media-nı Azərbaycanda eksklüziv olaraq təmsil edir və Nokia, Johnson&Johnson, Ferrero, "Концерн Калина", Ipek Kagit, Şölen və s. kimi şəbəkə müştərilərinə mediaplanlaşdırma və buying xidmətləri göstərir.
***
Aegis Media komunikasiya qrupu, Media-kommunikasiya və marketinq həlləri üzrə dünya liderlərdən biri olan beynəlxalq Aegis Group plc. holdinqinin Rusiya və MDB ölkələrində nümayəndəsidir. Aegis Group plc - London birjasında səhmləri satılan ictimai şirkətdir. Rusiyada Aegis Media-nın tərkibinə Carat, Vizeum və Ad O’clock media-agentikləri, Carat Interactive digital agentliyi, AdWatch Isobar reklam agentliyi, Posterscope OOH-brokeri, həmçinin çöl reklamlarında qeyri-standart kommunikasiyalar ilə məşğul olan Magic Touch bölməsi daxildir.
Qrupun müştəriləri sırasında Adidas, Arla Foods, BSGV, Disney, Ferrero, General Motors, Hochland, Johnson & Johnson, JTI, Nokia, OBI, Pernod Ricard, Philips, SCA, ЛЕНТА, Л’Этуаль, Маревен Фуд Сэнтрал, М. Видео, МегаФон, Связной, ФК «Уралсиб» yer almışdır.
http://aegisplc.com
http://aemedia.com/