Bu ilin sentyabr ayında Frankfurt Beynəlxalq Avtomobil Sərgisində Renault şirkəti Lorens van der Akerin dizayn strategitası çərçivəsində hazırlanan sayca altıncı-Initiale Paris konseptual avtomobil modelini təqdim edib. Texniki yenilik və yaradıcılıq ustalığının uzlaşdırılması gələcəkdə “Espace” modelinin “Initiale Paris” versiyası ilə əvəz olunması barədə ümumi təsvir yaradır və premium seqmentində yeni modelin təcrübə və heysiyyatını əks etdirir.
“Initiale Paris”-uzunluğu 4,85 metr təşkil edən iri avtomobildir. Yeni nüfuzlu bu konseptual avtomobilin içərisi təsir bağışlayacaq tutum vəd edir.
Konseptin quruluşu təyyarə konstruksyasını xatırladır, həmçinin, özündə Paris şəhərinin rəmzləri olan Böyük Saray və Eyfel qülləsinin cizgilərini əks etdirir. Alümin və pleksiqlasdan hazırlanan avtomobilin original dam örtüyü kuzovla birgə Fransa paytaxtının xəritəsini gözdən keçirməyə təklif edir. Bu xüsusiyyət estetik baxımdan son dərəcədə originaldır və “Initiale Paris”in yeni konsepsiyasına məna verir.
Avtomobilin misilsiz oturacaqları səyahəti daha cazibədar edir. Avtomobilin salonunda oturacaqların üçüncü sırası sərbəst mobil plastinlərdən olan original divandan ibarətdir ki, oturacağın söykənəcəyini hissə-hissə və ya bütövlükdə qatlamaq olar, həmçinin, sərnişinlərin rahatlığı üçün qoltuqaltı kürsüdən istifadə etmək mümkündür.
Yeni konseptual model dCi 130 mühərriki ilə təchiz olunub ki, bu aqreqatın maksimal fırlanma anı 400 Nm-ə çatdırılıb. Sözügedən mühərrik “Renault”nun aqreqat sahəsində əsas texnologiyalarına əsaslanır və gələcəkdə qənaətin artırılmasını tədqiq edir.
Bununla da, “Renault”nun stendində bütün altı konseptual avtomobilləri yer alıb ki, bunlar müxtəlif mərhələləri gül ləçəkləri ilə ifadə olunan həyat dövrü strategiyası çərçivəsində modelin dirçəlmiş dizaynını əks etdirir: “DeZir”, “Captur”, “R-Space”, “Frenzy”, “Twin’Run” modifikasiyalı “Twin’Z” və “Initial Paris