Genna Baku "Pentawards" mükafatı alan ilk Azərbaycan şirkəti oldu. Qablaşdırma dizaynı üzrə ilk və yeganə beynəlxalq mükafat şirkətə +More içkilərinin qablaşdırılmasına görə təqdim edilib. Azgranata şirkətinə məxsus premium meyvə şirələri brendi +More içkilər kateqoriyasında Pentawards Silver-lə qiymətləndirilib. Qeyd etmək lazımdır ki, bu qələbəsi ilə GennaBaku və "+More Taschen" nəşriyyatının çap etdiyi - dünyanın ən məşhur dizayn kitablarından birində yer alacaq.
Bu il 7-ci dəfə keçirilən Pentawards-ın məqsədi dizaynerlərə öz yaratdıqları ilə başqalarının işlərinin müqayisə etməyə imkan verməkdir. Brilyant Pentawards-a unikal dizaynına görə Vodka Absolut layiq görülüb – buraxdığı 4 milyon ədəd şüşə içkinin hər biri fərqli dizayna malikdir. Pentawards 2013-ün qiymətləndirməsində dünyanın 1400-dən artıq dizayner şirkətinin işi iştirak edib. İstanbul mərkəzli GennaBaku agentliyi Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin müştəriləri sırasında "Bank of Baku, Qafqaz leasing, Peugeot, Azersun, Yapı Kredi Bankı, Azgranata" və s. görmək mümkündür.