Google öz sosial şəbəsindəki axtarış kontentinin nəticələrini göstərəcək yeni bir xidmət təqdim edir.


Bu dəyişikliyin mənsını izah edilərkən bildirilmişdir ki, axtrış sistemi “yalnız məzmunu deyil, insanları və onların munasibətlərini” də axtarmaq imkanına malik olacaq. Amma Google-nin rəqəibləri və ekspertlətin bildirdiyinə görə öz xidmətlərini genişləndirmək üçün etdikləri bu yeni xidmət şirkətə olan inamı azalda bilər.


“The Wall Street Journal”ın 11 Yanvar tarixində verdiyi məlumata görə Google öz sosial şəbəkəsi ilə olan axtarış sistemini daha da əlaqələndirir : belə ki, Google+ da olan məlumatları birbaşa olaraq axtarış sistemindən əldə etmək üçün o Search, Plus Your World adlı yeni xidmətlər istifadəyə verib.


"Google olaraq biz həmişə sizin suallari tam və adekvat cavablarla təmin etmək üçün çalışırıq və çox vaxt bu cavablar ictimaiyyət üçün açıq olur. İlk dəfə olaraq biz şəxsi kontenkti ümumi axtarış sisteminə gətiririk".


Axtardığımız zaman şəkillər, mesajlar, sosial şəbəkədən qəbul olunanlar, digər istifadəçilərin profili göstərilir. Belə ki, axtarış itlərə aiddirsə o zaman profil şəkli olaraq it şəkli istifadə edənlərin nəticələri çıxacaqdır.


Google rəqibləri olan Bing Microsoft və Facebook-un yolunda gedir. Ötən il Bing bu cür axtarış sistemini Facebook-dakı restoranlar, markalar haqqında axtarış sistemin təşkil etmişdir.


Ekspertlər Google-dəki bu yeniliyin onun popularlığını artırmaq məqsədi üçün olduğuna inanırlar. Google istifadəçilərə yeni xidmətlər təqdim etmək üçün hər zaman öz üzərində işləyir belə ki, oktyabır ayında Google Docs-ın mətn xidətində bir sıra irəliləyişlər etib, Google Maps və YouTube kimi bir sıra xidmətləri dəstəkləyib.


Lakin Но Search, Plus Your World bazarlarda bir sıra narahatçılıq yaradır. Belə ki, Twitterin microblogging xidməti belə düşünür ki, bu axtarış sistemi istifadəçilərin şəxsi tweetlərinəki məlumatları da axtaracaq. Google istifadəçiləri həmişə
"Ən müvafiq nəticələr"i tapmaq üçün ondan istifadə ediblər.


Google istifadəçilərinə xidmətlərdən tam olaraq yararlana bilmələri üçün imkanlar yaratmaq isəyir, lakin “ displeydə göstərildiyi kimi bütün saytlarla əlaqə qurmaq imkanı yoxdur” Twitter-in korporasiya proqramı bildirib. Twitter və Google real zamandakı tweetlərin axtarış sistemində görünəcəyi barədə razılığa gəlmişdilər. Lakin bu müqavilə keçən il bitmiş və belə bir saziş Microsoft-la Twitter arasında imzalanmışdır.


Google əvvəllər qanun antimonomolnoglarının pozulmasında ittiham olunub.


2011-ci ilin sentyabr ayında Google-nin sədri Eric Schmidt axtarış sistemi ilə bağlı ittihamlar və narahatçılıqlar barədə ABŞ Senatının qarşısında cavab verib.


“The Financial Times Search Engine Land” dən Danny Sullivanin bildirdiklərinə görə Google bu yeni xidmətini Facebook və Twitter üçün də istifadəyə vermək istəyirdi, lakin razılıq alınmadığı üçün bu iş baş tutmadı.


Ehtimal edilir ki, Google rəqabətdən narhat olduğu üçün bunu edib.


ComScore-nin verdiyi məlumata görə 2011-ci ilin noyabr ayında ABŞ –da Google-dən axtarış sistemi kimi istifadə edənlər 65%, Microsoftdan istifadə edənlər isə 30% idi.