Mobil cihazlar vasitəsilə İnternetdən istifadə artıq gündəlik həyatın bir hissəsi hesab olunur. İstifadə həcminə görə mobil İnternet mobil zəng və SMS rabitəsi ilə rəqabət apara bilir, hətta bəzi hallarda onları üstələyir. Təsadüfi deyil ki, hal-hazırda kompüterlə müqayisədə sosial şəbəkələrə, xəbər və musiqi portallarına daxil olan, eləcə də elektron poçt xidmətlərindən yararlanan istifadəçilər daha çox portativ qurğulara üstünlük verirlər.  


 


Müasir tendensiyalara meyl edən və hər zaman yeniliklərə can atan “Nar Mobile” mobil cihazlar vasitəsilə İnternetdən istifadə edən istifadəçiləri sevindirməyə davam edir. Belə ki, şirkətin daha zəngin, çeşidli və əlverişli qiymətlərlə təklif etdiyi İnternet-paketlər keçən il ilə müqayisədə İnternet-paket istifadəçilərinin sayını 5 dəfə artırımışdı. “Nar Mobile” 2012-ci il ilə müqayisədə, İnternet istifadəçilərinin 116%-dan çox artdığını və hər istifadəçi üzrə İnternet trafikin də 18%-dən çox olduğunu bəyan etmişdir.


 



Bütün bu tendensiyaları nəzərə alaraq, “Nar Mobile” yeni abunəçilər üçün bir aylıq 100 MB hədiyyə paketi təklif edir. Sürətli İnternetimizlə mobil İnternetdən istifadənin daha rahat olacağından əmin ola bilərsiniz.     


Daha ətraflı məlumatı İnternet səhifəmizdən əldə etmək olar: http://www.narmobile.az/az/private/WelcometoNarMobile/