Oktyabr ayının ən geniş marketinq fəaliyyətlərindən biri də Möcüzə paket yağlarına verilən reklam dəstəyi oldu. Xörək və şirniyyatların möcüzəvi sirri olan Möcüzə paket yağı üçün maraqlı bir televiziya reklamı çəkildi və yayımına başlanıldı. Yumor üzərində qurulan reklam çarxında yeni ailə həyatına qədəm qoyan gəlinlər və onlara xüsusi dərslərin keçirildiyi “Gəlinlər Məktəbi” təsvir olunur.
Dərsdə gəlinlərə yeni həyatda yeni ailə üzvlərini razı salmaqla bağlı bir çox çətinliklərlə qarşılaşacaqları, lakin bu çətinliklər zamanı kərə ləzzətli Möcüzə paket yağının onların güclü köməkçisi olacağı bildirilir. Reklamın əsas konsepsiyası müxtəlif təamları və xüsusilə də şirniyyatları dada gətirən Möcüzə paket yağlarının ən acıqlı qaynanaları belə razı salacağını vurğulamaqdan ibarətdir. Möcüzə paket yağları üçün eyni zamanda həmin konsepsiyaya uyğun bilbord reklamları hazırlanıb ölkənin bir çox bölgələrində yerləşdirildi.
TV Yaradıcı İdeya: Jam Media
İstehsal: Cinealliance/Art Group
Rejissor: Boğac Ergüvenç
Görüntü Yönetmeni: Mehmet Güven
Açıkhava dizayn: Azersun Marketing Dizayn Grup