11-17 oktyabr 2013-cü il tarixləri arası kartdan pul çıxaran Bolkart sahibləri, dekabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Maksimal nağdlaşdırma məbləği-1000 manat. Nağdlaşdırmanın komissiya haqqı 4%-dir.
Elan edilən nağdlaşdırma kampaniyası Qurban Bayramında insanların nağd pula ehtiyaclarını qarşılamış olacaq. “Bank of Baku” qarşıdan gələn Qurban Bayramı günlərində maddi rifah və bol süfrə arzu edir.
Nağdlaşdırma kampaniyası zamanı aşağıdakı kart növlərinindən nağd pul çıxarmaq olar:
-Adi Bolkart
-MasterCard loqolu Bolkart
-Nar-Bolkart və Bakcell Bolkart
-Tərəfdaş şirkətlərin xüsusi Bolkartları (Embawood, NLT,WorldTelecom və s.)
-Üzərində “500 AZN” olan adi və MasterCard loqolu Bolkart ( müştərinin müsbət tarixçəsi formalaşandan sonra)
Hazırda 150. 000-dən çox Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir və bu rəqəm hər gün artır. Adi Bolkartdan minlərlər yerli dükanda,MasterCard loqolu Bolkartdan isə xarici ölkələrdəki MasterCard loqosu olan ticarət mərkəzlərində, həmçinin internetdə alış-veriş üçün istifadə etmək olar.
Bolkart barədə ətraflı: www.facebook.com/bolkart.