MobilKart ilə əməliyyat edən müştərilərin kartla dövriyyələrinin 0,4%-i həcmində mobil telefon nömrələrinə DemirBank tərəfindən danışıq dəqiqələri köçürülür. Bu kartdan Azərbaycanda olan istənilən mobil operatordan istifadə edən müştərilər yararlana bilərlər.
Hesablaşmalar hər ay aparılır və müştərinin istifadə etdiyi mobil telefon nömrəsinin balansına danışıq dəqiqələri köçürülür. MobilKart məhsulunun qiyməti 15 AZN olmaqla müştərilərə təklif olunur.
DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.