ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) "Azərbaycan Biznes Keys yarışması 2013" (ABCC 2013) üçün ərizə qəbulu elan edir.
AAA-dən verilən məlumata görə, bu yarışma tələbələrə özlərini Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamaq üçün verilən bir imkandır. Qaliblərə dəyərli sponsorlardan təqaüdlər, iş imkanları və qiymətli hədiyyələr veriləcək.
ABCC-in tarixi 2002-ci illərə təsadüf edir: Azərbaycandakı biznes keys analizinin çatışmazlığını müşahidə edən MBA Enterprise Corps Könüllüləri bu layihəni başladılar. O vaxtdan AAA bu layihəni idarə və təşkil etmək hüququ qazandı. İndiyənə qədər bu layihədə, 500-dən çox istedadlı tələbələr iştirak edib.
Builki layihə PASHA Bank, BP, Baghlan Group, Procter&Gamble, Qarant Holding, Statoil, Universal, Azercell, Delloitte, Ernst and Young və bir sıra digər şirkətlər tərəfindən maliyyə dəstəyi alır.
Yarışmada iştirak etmək üçün iştirakçılardan mövzu başlığında "ABCC 2013 Application" yazaraq seçki komitəsinə abcc@aaa.org.az adresiylə məktub göndərməsi tələb olunur. Məktubda sadalanan məlumatlar olmalıdır: universitetin adı, bütün komanda üzvlərinin adları, hər bir komanda üzvünün elektron poçt adresləri və mobil nömrələri.