VivaKi Worldwide qrupuna daxil olan Digitas, Razorfish və Starcom ABŞ agentlikləri “İmedia Agency Awards” mükafatını alıblar.
iMedia Awards sosial media, video, mobil marketinq və s. sahələrdə ilin ən innovasiyalı agentliklərini mükafatlandırır. Xatırladaq ki, mükafatlar ilk dəfə təqdim olunub.
Digitas agentliyi “2011-ci ilin ən inteqrasiya olunmuş media agentliyi” nominasiyasında American Express üçün “Small Business Saturday” proyekti və Samsung Mobile üçün Youtube, FreddieW ulduzları ilən videokampaniyası ilə qalib olub.
Razorfish agentliyi isə Delta Airlines üçün hazırladıqları SXSW və Wired Holiday Store keysləri ilə “2011-ci ilin ən yaxşı çöl reklamları” nominasiyasında qalib olub.
RockstAR (Augmented Reality) Experience Demo from Razorfish - Emerging Experiences on Vimeo.
Delta Airlines - WIRED Store Touchscreen Experience (Holiday 2010) from Razorfish - Emerging Experiences on Vimeo.
Starcom ABŞ isə “2011-ci ilin şirkəti” nominasiyasında ESPN üçün NFL DRAFT proyekti ilə qalib olub.
VivaKi Russia |