Oktyabr ayında Azərbaycanda “Renault Dokker” və “Dokker Van” minivenlərinin satışına start verilib. “Renault Dokker”in satış qiyməti 14 900 manatdan, “Renault Dokker Van”ın qiyməti isə 15 500 manatdan başlayır.


“Renault Dokker” – şəxsi və professional istifadə üçün nəzərdə tutulmuş, əla modulyasiyaya və öz sinfində ən iri yük yerinə (800 litr) malik olan 5 nəfərlik minivendir.


“Renault Dokker Van” isə kommersiya seqmentinə aid olan minivenlərdəndir. Praktiklikliyi, istismar xarakteristikası və daxili sahəsi ilə (maksimal yükləmə həcmi 4,0 m³, maksimal yükləmə uzunluğu isə 3,1 m*) bu avtomobil kiçik və orta sahibkarlarda maraq oyadacaq.


Yeni yığcam minivenlər həcmi 1,6 litr (80 an gücü) olan benzin mühərriklərlə təchiz olunub.


 


FUNKSİONAL DİZAYN


 


“Dokker” adı “dockworker” ingilis sözündən (dok işçisi, liman anbar işçisi) irəli gəlir və məhz bu, hər iki modelin yüksək yükqaldırma qabiliyyətinə, həmçinin, daxili sahənin modulyasiyasına və etibarlılığına malik olduğunu vurğulayır.


“Renault Dokker” modelinin zahiri xarakteristikası yığcam düz xətlərdən, kub formasında olan hündür damdan, rahat dəbərdilən qapılardan və qoruyucu moldinqlərdən ibarətdir.


“Renault Dokker” və “Renault Dokker Van” təsir bağışlayan qabaritləri (uzunluğu: 4,36 m / eni: 1,75 m / hündürlüyü: 1,85 m) və geniş salonu ilə fərqlənir.


Dizaynerlər avtomobilin funksional komponentinə xüsusi diqqət yetirib. Belə ki, sözügedən minivenlərin seçimində məhz bu amil vacib rol oynayır. Məsələn, “Renault Dokker” modelində dəbərdilən yan qapı avtomobilin parklanma zamanı parkinq ərazisinə qənaət və qapı yerini daha geniş edir. Bu da sərnişinlərin avtomobilə rahat minib-düşməsini təmin edir.


Klirens – “Renault Dokker”lərin daha bir əsas hissəsidir və sözügüdən minivenlərdə bu göstərici 190 mm təşkil edir.


GÜNDƏLİK İSTİFADƏ ÜÇÜN 100% PRAKTİKLİK


“Renault Dokker” – çoxfunksiyalı 5 nəfərlik miniven. Sərnişinlər üçün nəzərdə tutulmuş bu minivenin qabaritləri mühəndislərə geniş salonun işlənib hazırlanmasına imkan yaradıb. Salonda 5 nəfər sərnişinin rahat yerləşməsi ilə yanaşı yük üçün də kifayət qədər yer mövcuddur. Tutacağın rahat yerləşdirilməsi oturacaqların söykənəcəklərinin biri birindən asılı olmayaraq yığıla bilməsini təmin edir (60/40 proporsiyasında). Arxa oturacaqlar da irəliyə qatlana bilər və nəticədə salonda iri yük üçün düz döşəmə yaranır.


Avtomobilin arxa sırasında oturan sərnişinlər salonun geniş olması ilə əlaqədar özlərini rahat hiss edəcəklər: oturacaq yastığından dama qədər məsafə 1,065 m, çiyinlərdə - 1,458 m, dizlər səviyyəsində isə - 0,17 m təşkil edir.


“Renault Dokker Van” – öz sinfində ən praktik kommersiya minivenlərdən biridir.


Bu model iki sərnişin və 840 kq yük daşıya bilir. “Renault Dokker Van”ın yük bölməsinin həcmi 3,4 m³, yük platformasının uzunluğu isə – 1,9 m təşkil edir.


“Easy Seat” sistemi sayəsində sərnişinin qabaq oturacağı yığılır və nəticədə salonun uzunluğu 2,42 metrədək arta bilir. Sərnişin oturacağı salondan tam çıxarılarsa, “Renault Dokker Van” da yük bölməsinin faydalı həcmi 4,0 m³-dək, yükləmə uzunluğu isə 3,1 m-dək artır. Yükləmə işləri avtomobilin sağ tərəfində və əks istiqmətə açılan arxa qapılar vasitəsilə həyətə keçirilir. Platformanın hündürlüyü cəmi 565 mm təşkil edir.


Avtomobilin salonunda avadanlığın səmərəli yerləşdirilməsi sürücüyə daha çox sərbəstlik yaradır, sürücünün oturacağının arxasında yerləşən arakəsmə əlavə təhlükəsizliyi təmin edir.


Bu minivenin standart versiyası qapı yerinin eni 703 mm təşkil edən sağtərəfli dəbərən qapı ilə təchiz olunub ki, bu da yükləmə-boşaltma işlərinin rahatlığı üçün vacibdir.


Avtomobilin assimetrik arxa qapıları 90 dərəcə açılır və xüsusi fiksatorla bərkidilir ki, bu sistem küləkli havada qapıların çırpılmasının qarşısını alır. Fiksator boşaldılarkən (fiksatorun dəsti qapının iç tərəfində yerləşir) qapılar 180 dərəcə açıla bilir.


Bununla yanaşı. “Dokker” və “Dokker Van”ın salonunda ümumi həcmi 44,2 litr təşkil edən xırda əşyalar üçün müxtəlif bölmələr mövcuddur. Xırda əşyaları, noutbuku və ya müxtəlif sənədləri cihaz panelindəki bölmədə yerləşdirmək olar (həcmi 6,6 litr təşkil edir).


 


ETİBARLI VƏ UYĞUNLAŞDIRILMIŞ ASMA


 


Avtomobilin “MacPherson” tipli üçbucaq linglərlə ön asması “Logan”/”Sandero”, proqramlaşdırılmış və əyilmiş dirəkli arxa asma isə “Renault Kangoo” modelindən götürülüb.


Bu cür asma avtomobilin rahat idarəetməsini, əsasən də yüksək enerji tutumunu təmin edir. Bu da öz növbəsində keyfiyyətsiz yol örtüyü şəraitində avtomobilin idarəetməsini asanlaşdırır və tam əmin olmaq olar ki, avtomobil sürücünü pis vəziyyətdə qoymayacaq.


 


MÜASİR AVADANLIQ


 


Müştərilərin aktual istəklərinə cavab verərək, “Renault Dokker” və “Dokker Van” minivenləri ən lazımi və müasir avadanlıqla təchiz olunub.


Sensor ekranlı “MEDIA NAV” multimedia sistemi – bu qiymət seqmentində minivenlər arasında misilsiz təklif (müştərinin istəyindən asılı olaraq). “MEDIA NAV” – 7 düymlik (18 sm) rəngli sensor ekranlı quraşdırılmış multimedia sistemidir. Menüsu rus dilində olan bu sistem GPS naviqatora inteqrasiya olunub. Eyni zamanda, sistemə Avropanın xəritəsi yüklənilib. “MEDIA NAV” multimedia sistemi həmçinin, radionu idarə etməyə, daşınan qurğuları USB-porta qoşmağa, və “Bluetooth” vasitəsilə telefon zənglərini qəbul etməyə imkan yaradır.


 


Arxa parktonik – minivenin əvəzolunmaz opsiyasıdır  Parklanma algılayıcıları arxa bamperdə yerləşdirilib və səs signalı vasitəsilə avtomobilin arxasında yaranan maneə barədə sürücüyə xəbərdarlıq edir.


 


Kruiz-kontrol – dəri erqonomik sükan çarxında yerləşən iki dəyişdirici açarla idarə olunur və uzun məsafəli yollarda sürücüyə yardım edir.


ESP, CSV, ASR – “Dokker”lərin bütün versiyalarında opsional olaraq ASR sistemi və CSV, ESP kifayət etməyəcək dərəcədə dönmənin nəzarət sistemi təklif olunur. Sərnişinlər üçün nəzərdə tutlmu minivenlərin bütün baza versiyaları 4 ədəd təhlükəsizlik yastığı ilə təchiz olunub.


“Dokker” və “Dokker Van” avtomobilləri “Renault”nun Tanjer şəhrində (Mərakeş) yerləşən ən yeni zavodunda istehsal olunur.


Azərbaycanda “Renault Dokker” 100 000 km məsafə və ya 3 illik zəmanətlə, “Dokker Van” modeli isə məsafədən asılı olmayaraq 2 illik zəmanətlə təklif olunacaq.


- “Sərnişin oturacağının qatlanması və çıxarılması” opsiyası nəzərə alınmaqla