“Bank of Baku” Bolkartın dövriyyəyə buraxılmasının iki illiyi münasibətilə www.facebook.com/Bolkart səhifəsində yeni aksiyaya start verib. Aksiyanın əsas ideyası “Bolkartla ən yaddaqalan alış-veriş” mövzusu üzərində qurulub. Aksiyada iştirakçı olmaq istəyən hər Bolkart sahibi öz fotosunu elektron poçt ilə bankın FIAbbasov@bankofbaku.com ünvanına göndərməlidirlər. Fotoda kart sahibinin özü, kartla aldığı məhsul və sahibi olduğu Bolkart kredit kartı əks olunmalıdır. Bu şərtə əməl edib fotosunu ən tez göndərən ilk 100 nəfər Bolkart sahibi müəyyən edilib hədiyyə alacaq.
Aksiya üçün cəlb edilmiş peşəkar rəssam Bolkart sahiblərinin fotolarını orijinal tərzdə bəzəyib yaraşıqlı şarj çəkəcək. Daha sonra bu şarj istirakçıya göndəriləcək. Şarj iştirakçının Facebook səhifəsində yerləşdirilməli və 1 həftə ərzində səhifədə qalmalıdır. Şarj eyni zamanda bankın Facebook səhifəsində də yerləşdiriləcək. Bu vaxt kəsiyində şarjı ən çox like toplamış (bəyənilmiş) aksiya iştirakçısı şarjdan əlavə hədiyyə də alacaq.
Daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/Bolkart