“Renault” nun Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors” şirkəti “Renault” markalı avtomobil sahiblərini oktyabrın 31-dək davam edəcək “Qızıl payız” servis kampaniyasında iştirak etməyə dəvət edir.
Kampaniya çərçivəsində “Renault” sahibləri avtomobillərinə göstərilən xidmət və ehtiyat hissələrinin alınmasına görə 20%-lik endirimdən yararlana biləcəklər. Analoji endirim şüşəsilənlərin dəyişdirilməsi və ya təmiri zamanı da tətbiq olunur. Bundan başqa, servis mərkəzində istənilən xidməti sifariş etdikdə, müştərilər avtomobillərin hərəkətli hissələrinin pulsuz diaqnostika etdirə bilərlər.
“Renault” avtomobillərinin sahibləri endirimdən daha operativ yararlanmaq üçün servisə gəlməmişdən öncə qeydiyyatdan keçə bilərlər.