23-24 oktyabr 2013-cü il tarixlərində aparıcı audit şirkəti “Baker Tilly Azərbaycan”–ın təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində risklərin idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərin bilik səviyyəsinin artırılması üzrə 20 ildən artıq peşəkar təcrübəyə malik olan, dünyaca məşhur “FITCH Learning” mərkəzi tərəfindən “Four Seasons” otelində “Banklarda riskin idarə edilməsi və bunun kapitala təsiri” mövzusunda təlim təşkil edilmişdir. 


 



Tədbir iştirakçılarını salamladıqdan sonra, "Baker Tilly Azərbaycan" şirkətinin partnyoru Ziya İbrahimov təlim haqqında qısa məlumat verərək, təlimi aparmaq üçün sözü Mueen Uddeen cənablarına vermişdir. Tədbirdə "Azərbaycan Risk Peşəkarları Assosiasiyası", "Ata Bank", "Bank of Baku", "DəmirBank", "AG Bank", "Bank Respublika", "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Muğan Bank", "Nikoil Bank", "Paşa Holdinq", "Paşa Bank", "FinDev Azərbaycan", "Azərbaycan Sənaye Bankı" və s. şirkətlərin nümayəndələri iştirak etmişdir.


 


Təlim interaktiv aparılmaqla, banklarda kredit, bazar, liqvidlik, əməliyyat, hüquq, tənzimləyici və işgüzar nüfuz risklərinin necə təsnifləşdirilməsini, ölçülməsini, monitorinqini və idarə edilməsini və bank kapitalının tənzimləmə və idarəetmə perspektivindən mövcud risklər arasında bölüşdürülməsini aydınlaşdırmışdır. İki gün davam edən tədbir iştirakçılara “FitchLearning” və “Baker Tilly Azərbaycan” adından sertifikatların təqdim edilməsindən və xatirə şəkli çəkildikdən sonra başa çatmışdır.