Aegis Group dəfələrlə nüfuzlu festivallarda qalib olmuş və mükafatlar almış Sinqapurdakı The Upper Storey Pte Ltd dijital agentliyinin müəyyən hissənini alıb.
TUS İsobarın Asiya-Sakit okean regionu üzrə bir hissəsi olacaq və TUS Isobar markası altında işləyəcək. 31 Oktyabr 2011-ci ildə TUS-un ümumi aktivlərinin dəyəri 0.5 milyon £ yəni 0.9 milyon $ olmuşdur.
The Upper Storey 2001-ci ildə Sinqapurda yaradılmışdır və TTL digital - agentlikləri nəslindən biri kimi tanınır. TUS-un tərkibində 3 istiqamət ayrılır: The Upper Storey startegiyalar yaratmaq və yaradıcı digital marketinq üzrə ixtisaslaşmışdır. Mofuro animasiyalarla, 3D texnologiyaları və dizaynla məşğul olur, Studio TUS istehsal və texnologiya prosseslərinə cavab verir. Agentliyin müştəriləri arasında - Microsoft, American Express, Intel, Daimler, Dell, Draeger, UOB, Mediacorp, NOL və Como Hotels and Resorts kimi şirkətlər var.