Azərbaycan dilində olan yeni klaviatura düzülüşü “Windows” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.


“Microsoft Azerbaijan” şirkətinin məlumatına görə, təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub və hazırlanıb və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub. Öz növbəsində, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşü “Microsoft Azerbaijan” şirkəti tərəfindən “Windows 8.1” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki,istifədəçiləri istəyinə uyğun olaraq,həm yeni, həm də bundan öncəki klaviaturadüzəlişindən yararlana bilərlər.


 



Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.