“AZSIĞORTA” ASC “Mobil sığortaçı” layihəsinin icrasına başlayıb. İdarə heyətinin sədri Abbas Babayevin sözlərinə görə “AZSIĞORTA” növbəti dəfə sığorta bazarında bir ilkə imza ataraq bu layihəyə start verib. 

“Mobil sığortaçı” layihəsi “Zəng edin – gələk” devizi altında həyata keçirilir. Layihə çərçivəsində vətəndaşlar 012 565 6666, 012 505 6666 və ya 050 446 6666 nömrələrinə zəng edərək sığorta şəhadətnamələrini əldə edə bilərlər. Bunun üçün şirkətin əməkdaşları sifariş olunan ünvana gəlir və yerində vətəndaşlara xidmət göstərir. Şirkətin İdarə heyətinin sədri Abbas Babayev həmçinin vurğulayıb ki, layihənin məqsədi vətəndaşlara göstərilən xidmətləri daha da təkmilləşdirmək və müştərilərimizin komfortunu təmin etməkdir.

“AZSIĞORTA” ASC 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 28 könüllü və 4 icbari sığorta növü üzrə öz müştərilərinə xidmətlər təklif edir. Şirkətin əməkdaşlarının sayı 200-dən artıqdır. “AzSığorta” 7 regional filialı vasitəsilə bütün Azərbaycanı əhatə edir. 1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən “AZSIĞORTA” ASC-nin nizamnamə kapitalı hazırda 19 859 718 manata çatdırılıb.

Bu gün “AZSIĞORTA” rəhbərliyi, o cümlədən aparıcı işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik olan şəxslərdən təşkil olunmaqla, mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti göstərməyə imkan verir.