Azərbaycanda ilk dəfə səsvermə üçün multiplikasiyalı Facebook əlavəsi istifadəyə verildi. Biz bu əlavənin necə yaranması və hansı funksiyanı yerinə yetirməsi  ilə bağlı məlumatı sizlə paylaşmaq istəyirik. Əlavə "Havas Worldwide Baku" tərəfindən digital kampaniya çərçivəsində Atena brendi üçün hazırlanıb. Bu layihənin həyata keçirilməsi üçün cəlb olunmuş "Prosper Cartoon Studio" tərəfindən artıq 5 animasiya çarxı hazırlanıb. Qeyd edək ki, əvvəlki çarxlar qədər maraqlı daha bir neçə çarxın buraxılacağı da nəzərdə tutulur. Hal-hazırda bu kampaniya üçün yaradılan Facebook əlavəsində səsvermə keçirilir. Bu əlavədə siz müsabiqənin iştirakçılarının çıxışları olan video çarxlara baxıb, xoşunuza gələn iştirakçılara səs verə bilərsiniz.


 


Aşağıdakı linkdən əlavəyə daxil ola bilərsiniz:



 “Faydalı İstedadlar” http://on.fb.me/1aZ8GdU


 


Onu da deyək ki, sonda müsabiqənin qalibinin şəkli Atena süd qabının üzərində əks olunacaq.