MilliÖN ödəmə sisteminə yeni kabel televiziyası operatoru olan ATV+ əlavə edildi. Bu operatorun abunəçiləri ödəmə terminalları və MilliÖN ödəməqəbul nöqtələri vasitəsilə öz hesablarını artırmaq və borcların ödənilməsi imkanını əldə edirlər. Bu operatorun abunəçiləri üçün 1500 ədəd özünəxidmət ödəmə terminalları və 4300 ədəddən artıq ödəməqəbul nöqtələrindən istifadə etmək ixtiyarı verilir.
MilliÖN köşkünün monitorunda yerləşən “Kabel TV” bölməsinə daxil olub, ATV+ ödəməsini seçib, kartın nömrəsini daxil edib lazımi miqdarda əskinaz daxil edərək ödənişi həyata keçirə bilərsiniz. Yığılan nömrə şəbəkədə yoxlanıb, uğurlu əməliyyat keçirildikdən bir neçə saniyə sonra müvafiq qəbz çap olunur.
“MilliÖN vasitəsilə ödənilə bilən xidmətlərın sayı davamlı olaraq artır və kommunal xidmətlərin ödənişləri daxil olaraq 60-dan çox təşkilatların ödənişi artmaqdadır. Bu bizim abunəçilərimiz üçün əhəmiyyətli bir üstünlükdür. Vaxta qənaet ədərək bütün lazımi ödənişləri vahid bir pəncərə prinsipi ilə ödəmək mümkündür.” – deyilərək, əlavə edildi.
Hal hazırda daha bir neçə bank ödənişlərinin (kreditlərin ödənilməsi) qoşulması prosesi gedir. Həmçinin plastik kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üzərində işlər aparılır.
MilliÖN “Komtec Ltd” MMC-nin ticarət nişanıdır. MilliÖN köşklərinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəniş xidmətləri platformasını təmin etməkdir. MilliÖN vasitəsilə əhali mobil və təsbit telefon rabitəsi operatoru, kommunal xidmətlər, internet və kabel televiziyası üzrə ödənişlər həyata keçirə bilərlər. Hal hazırda MilliÖN ödəmə sisteminə 60-dan çox KXM (Kütləvi Xidmət Müəssisələri) qoşuludur. Şirkət tərəfindən ilin sonuna qədər bu rəqəmi 80-ə çatdırmaq və xidmət seçimini genişləndirmək planlaşdırılır. MilliÖN köşkləri alış-veriş və biznes mərkəzlərində, dövlət müəssisələrində, banklarda, metro stansiyalarda, supermarketlərdə, hava limanında, Bakı və Azərbaycanın digər şəhərlərinin dəmiryol vağzallarında yerləşir.