JWT Azerbaijan / Mediaforce agentliyi Nokia üçün yeni TV çarx hazırlayıb. Nokia Asha kampaniyası çərçivəsində TV çarxdan başqa, çöl reklamı və müxtəlif POS materiallar da hazırlanmışdır.
Kampaniyanın sloqanı: “Gəl Yazışaq!”.
JWT Azerbaijan kreativ komandası layihə üzərində işi belə şərh edir: “Kampaniyanın başlıca məqsədi Nokia Asha telefonlarının əsas üstünlüyü olan QWERTY klaviaturanın rahatlığını göstərməkdir. Əyləncəni sevən Nokia Asha istifadəçiləri QWERTY klaviaturadan istifadə edərək sosial şəbəkələrə ani çıxış əldə edə, Angry Birds və digər maraqlı oyunlar oynaya, WhastApp proqramının köməyilə istənilən anda dünyanın istənilən yerində olan dostları ilə çox rahatlıqla yazışa bilərlər”.
Sözügedən TV çarx həmçinin Gürcüstanda da yayımlanacaq.
Yaradıcı heyyət:
Reklam Agentliyi: JWT Azerbaijan / MediaForce
İcraçı Kreativ Direktor: Tural Həsənov
3D Graphics: Aleksandr Melnikov
Music and audio mastering: Parviz Ramizoğlu