Azərbaycanın sürətlə inkişaf edən internet provayederi, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir. Artıq internet provayderin xidmətlərinə qoşulmaq istəyən şəxslərə ilkin 20 metr kabel pulsuz təqdim olunur. Qoşulma zamanı 20 metrdən artıq istifadə olunan kabelin isə dəyəri alınır (1m=0.30q)(1m=0.50q).
Bundan başqa Ailə NET tərəfindən keçirilən aksiyaya əsasən ,vətəndaşlara təqdim olunana TP LİNK 743 N modelli wi-fi routerin qiyməti artıq 30AZN deyil, 25 AZN-dir. Qeyd olunan aksiya müddətsiz həyata keçirilir.
Aksiyanın qaydalarına əsasən, Ailə NET internet provayderinin abunəçiləri seçdikləri tarifə uyğun olaraq beş ayın abunə haqqını ilkin olaraq ödəyən zaman altıncı ay internet provayderin xidmətindən pulsuz istifadə etmək hüququ qazanırlar. Eləcə də abunəçi əgər 10 ayın abunə haqqını ilkin olaraq ödəyirsə, bu zaman son iki ay Ailə NET-in xidmətinə görə abunə haqqı ödəməyəcək.
Ailə NET əhatə dairəsini genişləndirir və gələcəkdə yeni həvəsləndirici aksiyaların həyata keçirilməsini planlaşdırır.
«Caspian Telecom» mətbuat xidməti