Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan İnternet Forumu tərəfindən həyata keçirilən Startup Azərbaycan layihəsi çərçivəsində gənc startapçıları dəstəkləməkdə davam edir. Layihənin əsas məqsədi Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşu mühitinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli İnternet və İT layihələrin inkişaf etdirilməsi və qabaqcıl ideyaların uğurlu biznes layihələrinə çevrilməsidir.
“Uğurlu biznesə doğru” adlanan növbəti Startup tədbiri Bakcell şirkətinin baş sponsorluğu ilə Azərbaycan İnternet Forumu tərəfindən Bakı şəhərində 7–9 noyabr tarixlərdə təşkil edildi. Startup günlərinin əsas məqsədi yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işlərini təşkil etmək, gənc developerləri İnternet bazarının spesifik xüsusiyyətləri ilə tanış etmək və startupçılar arasında əlaqələri gücləndirməkdir. İştirakçılar üç gün davam edən master klasslarda iştirak edib, gənc startap şəbəkəsini artırmaq və yeni startap layihələrinin ilkin versiyası üzərində işləmək imkanı əldə ediblər.
“Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biri olaraq, Bakcell şirkəti sürətlə inkişaf edən bu qabaqcıl sənayenin inkişafına dəstək göstərmək öhdəliyinianlayır. Odur ki, Bakcell böyük məmnuniyyətlə Startup Azərbaycan layihəsini dəstəkləyir və biz inanırıq ki, bu layihə gənc developerlərin öz ideyalarını reallaşdırması üçün güclü stimul yaradır. Bu ilin əvvəlində keçirilmiş Startup müsabiqəsinin olduqca uğurlu nəticələri bu nisbətən yenisənayenin gənc developerlər arasında böyük marağa səbəb olmasından xəbər verir. Bakcell olaraq, biz gələcəkdə də startapların inkişafına dəstək göstərməyi planlaşdırırıq və inanırıq ki, Bakcell tərəfindən gələn il ərzində həyata keçiriləcək layihələr developerlər və startaplar üçün uğurlu bir platformaya çevriləcək”,deyə Bakcell şirkətinin Korporativ Strategiya Şöbəsinin müdiri Mark Zirka bildirib.
2013-cü ilin aprel-iyul aylarında keçirilmiş ilk Startup Azərbaycan layihəsi uğurlu nəticələri ilə yadda qalıb. Layihə çərçivəsində təşkil edilmiş Startup müsabiqəsinə 43 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqədə iştirak etmək üçün seçilib və 15 layihə yarımfinala yüksəlib. Müsabiqədə 6 layihə qalib gəlib, onlardan “Brandbook”, “Nettrends” və“Brandevu.az” layihələri hazırda investorlarla mümkün əməkdaşlığı müzakirə etməkdədir. “Turning Fork” layihəsinin mobil versiyası isə 39 ölkə və 119 layihə arasında keçirilmiş müsabiqənin mükafatçılarının qısa siyahısında (13 namizəd) yer alıb.
Bu dəfə isə gənc startupçılar Startup günlərində öz biznes ideyalarını bölüşüblər. Münsiflər heyəti 22 ideyadan 6 ən yaxşı ideyanı seçib. “Sağlam ol”, “Lazımdir”, “3D tours”, “Baku Parking”, “Crazy Smile” və “Guard” günün ən uğurlu ideyaları olublar.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.