Brif: NORM Cement bazara yeni daxil olan, zavod və istehsalatını alman texnologiyası üzərində quran bir yeni şirkətdir. Biz markanın tanınmağını və məhsulun üstünlüklərinin ön plana çıxarılması üçün bir kommunikasiya yaratmalı idik. 

Çözüm: Araşdırılmalar nəticəsində "Möhkəm Sement" kommunikativ strategiyasını müəyyənləşdirdik. Bunun əsasında biz "Əsl Sement" sloqanını seçərək, radioda reklam, video-çarx və xarici reklam vasitələrindən istifadə etdik. Xarici reklam üçün sementin üzərində tankın hərəkətini, bununla da sementin möhkəmliyini nümayiş edən dizayn işlədik.