Bakıda “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçiriləcək


 


Bakı – 21 noyabr 2013-cü il.Noyabrın 27-də “Microsoft-Azerbaijan”, “VeriPark” və “Avtenta” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçiriləcək


 


Seminar maliyyə menecerləri, biznesin inkişafı üzrə müdirlər, büdcə və proqnozlaşdırma və müştərilərlə münasibətlərin idarə edilməsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Tədbirin əsas müzakirə predmeti müştərilərin cəlb edilməsi, saxlanılması və inkişafının stimullaşdırılması olacaq.


 


Seminar zamanı “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa üzrə müştəri münasibətlərinin idarə edilməsi üzrə meneceri Tomaş Perts maliyyə müəssisələri müştərilərlə münasibətlərin idarə edilməsindən, “Avtenta” şirkətinin Müştəri münasibətlərinin idarə edilməsi üzrə direktoru Dejan Blatnik çoxkanallı satışlar vasitəsilə şirkətlərin satış üzrə nəticələrinin yüksəldilməsindən,  “Veripark” şirkətinin baş direktoru Özkan Erener isə bank işindən söhbət açacaq.


 


Bununla yanaşı, tədbir çərçivəsində “Microsoft Dynamics CRM 2013” məhsulunun yeni versiyası nümayiş olunacaq ki, bu məhsul müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi üzrə çevik biznez-həll üçün hazırlanıb.


 


Seminar noyabrın 27-də “Hilton” hotelinin “Ametist” zalında saat 09:30-dan 14:00-dək keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər “Microsoft-Azerbaijan” şirkətinə müraciət edə bilər: Tel.: (+994 12) 437-38-00; azms@microsoft.com.