İlin əvvəlindən bu yana AtaBank tərəfindən 106  ipoteka krediti verilib. Həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 4 260.830 milyon manatdan çoxdur. 



Orta məbləği 40 000 min manat təşkil edən, kreditləri götürən şəxslərin orta yaş həddi 25-35 olub. Orta müddəti 25 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri 65 000 min manat təşkil edib. 


 


Qeyd edək ki, AtaBank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. AtaBank müvəkkil banklar sırasına qoşulandan bəri,487-dən artıq ipoteka krediti verib ki, bunun da 398 -dən çoxu adi, 89-dən artığı isə güzəştli ipoteka olub. 


 


“AtaBank” ASC-nin 22 filialı fəaliyyət göstərir. Onlardan 12-i  Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.


 


Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya  www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.