Bu həftədən etibarən Embafinans müştəriləri kreditlərini MilliÖN ödəmə sistemi vasitəsilə ödəmə imkanını əldə etdilər. Bunun üçün 1500-dən artıq MilliÖN ödəmə terminalı xidmət göstərir.



 


“MilliÖN-lə əməkdaşlıq bizim müştərilərin rahatlığı üçün əlverişlidir, çünki hamı iş vaxtı banka gəlib kreditini ödəməyə vaxt tapmır. İndi isə daha 1500 yerdə ödəniş qəbul oluna bilər. Əminik ki, bu yenilik müştərilərimizin ürəyincə olacaqdır” – Embafinansın İdarə heyətinin sədri İlqar Tağıyev deyərək, qeyd etdi.



 


“Maliyyə qurumlarının bizim sistemə göstərdikləri maraq bizi çox sevindirir. Qeyd edim ki, MilliÖN üçün bu qeyri-bank təşkilatı ilə həyata keçirilən ilk əməkdaşlıq deyil. Biz həmçinin Embafinansın bütün ofislərində terminalları quraşdırmağı planlaşdırırıq.” – Komtec şirkətinin rəsmiləri tərəfindən qeyd edilmişdir.



 


Kreditləri terminal vasitəsilə ödəmək üçün ekranda “Bank xidmətləri”ni seçib, “Embafinans” işarəsini kilikləyib, hesab nömrəsini qeyd edib, əskinazı daxil edib, qəbzi götürmək gərəkdir. Kreditlərin ödənilməsi üçün heç bir komissiya tutulmur.


 



Bizim terminallar vasitəsilə ödəmə xidmətlərinin artırılması bizim üçün prioritet məsələlərdəndir. Və biz əhalinin gündəlik ödənişlərini, həmçinin maliyyə və bank ödənişlərini, həyata keçirmələri üçün rahatlıq yaradırıq, - Komtec tərəfindən qeyd edildi.


 


MilliÖN “Komtec LTD” şirkətinin xidmət brendidir. MilliÖN-ün əsas məqsədi əhalinin ani, rahat və keyfiyyətli ödənişlərini həyata keçirmələrini təmin etməkdir. MilliÖN-vasitəsilə vətəndaşlar mobil və stasionar telefon borclarını, kommunal borclarını, internet və kabel televiziyası ödənişlərini edə bilərlər.


 


Hazırda MilliÖN şəbəkəsinə 60-dan çox kütləvi xidmət müəssisəsi qoşuludur. Şirkətin planlarına bu rəqəmi ilin sonunadək 80-ə çatdırmaq və seçimi genişləndirmək daxildir. MilliÖN ödəmə kioskları Bakıda və Azərbaycanın digər şəhərlərində alış-veriş və biznes mərkəzlərində, banklarda, dövlət müəssisələrində və qurumlarında, metro stansiyalarda, supermarketlərdə, hava limanında və vokzallarda mövcuddur.