Noyabr ayının 26-da “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirdi.
15 sentyabr Bilik Günü ilə əlaqədar 2013-cü ildə respublikanın ali təhsil müəssisələrinə daxil olmuş aktiv müştərilərin övladları arasında “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramına start verilmişdir.
Proqramın əsas məqsədi “FINCA Azerbaijan”ın aşağı gəlirli müştərilərinin universitetlərə yüksək bal ilə daxil olan övladlarının effektiv ali təhsil almalarına və peşəkar mütəxəssis olmalarına dəstək olmaqdan ibarət idi.
Tələbə Təqaüd Proqramında 1000 ABŞ dolları və ya 800 AZN məbləğinə qədər kredit almış aktiv müştərilərin övladları iştirak etmişdirlər. Ölkə üzrə 58 nəfər ərizəçilərdən 18 nəfər tələbə seçilmişdir.
Seçim şərtlərinə uyğun olaraq Cənub, və Mərkəz bölgələrinin hər birindən daxil olan ərizələr arasından ən yüksək bal toplayan beş nəfər, Qərb regionundan 6 nəfər, Abşeron bölgəsindən iki nəfər təqaüd verilməsi üçün layiq görülmüşdür. Onların hər birinə 12 ay ərzində