Regionda biznes-tərəfdaşlığı asanlaşdırmaq məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Türkiyədə yerləşən 11 Amerika şirkətinin və iki tərəfdaşının nümayəndələrini qəbul edib. Görüş Türkiyədə AmCham, Türkiyədə Amerika Biznes Forumu və Türkiyə-Amerika Biznes Asssosiasiyası tərəfindən təşkil olunub,  və ABŞ-ın kommersiya departamenti tərəfindən sertifikatlaşdırılıb. Missiya Azərbaycandakı AmCham vasitəsilə ölkənin ticarət və investisiya imkanlarını araşdırıb.


 


İkigünlük proqram özündə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycandakı AmCham, ABŞ və Türkiyənin Azərbaycandakı səfirlikləri ilə brifinqləri cəmləşdirib. AmCham və ABŞ nümayəndə heyəti Azərbaycan höküməti və biznes sahəsinin nümayəndələri ilə 40-dan artıq görüş keçirib. Görüşlər Azərbaycandakı AmCham və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.


 


"Üçüncü ölkələrin bazarları ilə əməkdaşlıq edən Türkiyə və ABŞ şirkətləri bütün region üzrə yeniliklər, maliyyə layihələri və yeni texnologiyaları tətbiq edir. Özəl və kütləvi sektorun bu təşəbbüsü Türkiyə və ABŞ şirkətlərinin Azərbaycanda inkişafını təmin edir və Amerika məhsullarına və xidmətlərinə ayrılan bazar payını artırır”, - deyə ABŞ-ın Türkiyədəki səfiri Frensis C. Rikkardon bildirib.



 


Kimya şirkətləri, istehlak məhsulları, bərpa olunan və ənənəvi enerji və texnologiyalar sektrouna arxalanan ABŞ-ın icaraçı missiyasına Türkiyədəki AmCham və Amerika Biznes Forumu, APEX, “Dow”, “Foster Wheeler”, “HJR Renewable Energy”, HMT, “Norris Production Solutions”, “Procter & Gamble”, “Raytheon” və “Tricon”şirkətləri, həmçinin Türkiyə-Amerika Biznes Assosiasiyasının nümayəndələri daxildir.