Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurası ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib.


 


Nümayəndə heyətinin tərkibinə Ceyms Mak Dermot (Vaşinqtonun 7-cidairəsi), Ceyms P. Moran (Virginianın 8-cidairəsi), Eddi Bernis Conson (Texasın 30-cuseçkidairəsi), BilliLonq (Missurinin 7-cidairəsi) və DonaldM. Peyn (Nyu-Cersinin 10-cudairəsi) kimikonqresmenləri daxilidir. Azərbaycan-ABŞ əlaqələrinin inkişaflna yönəlmiş görüş zamanı əhatə olunan məsələlərdən biri ABŞ şirkətlərinin Azərbaycanda aşağı səviyyədə təmsil olunması idi. Bu məsələ Azərbaycan və ABŞ şirkətlərinin və ABŞ hökümətinin sıx əməkdaşlığı vasitəsilə təkmilləşdirilə bilər.


 


Qeyd edək ki,907-ci bölmənin aradan qaldırılması ABŞ və Azərbaycan arasında səmərəli əməkdaşlığa doğru daha bir addım olacaq. ABŞ prezidenti Barak Obama bu bölmənin ləğv olunmasından hər ilimtina etməyinə baxmayaraq, uzun çəkən imtina prosesi hökümətlər arasında əməkdaşlıq üçün maneə yaradır. Konqresmenlər AmCham-a dəyişikliyin tam aradan qaldırılması üçün daha fəal olmağı və ümumiyyətlə ABŞ-ın siyasi və biznes arenasında daha çox iştirak etməyi tövsiyə edib. AmCham daim daha əlverişli biznes mühitinə nail olmaq üçün Azərbaycan höküməti ilə uğurlu danışıqlar aparır. Bu uğurun göstəricilərindən biri Azərbaycan dövlət və biznes strukturlarında şəffaflığın artmasıdır. Məsələn, “ASAN” xidməti, elektron hökümət, elektron xidmətlər və elektron imza.


 


AmCham – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham 260-dan çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80%-i, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.  AmCham-ın sahə komitələrivasitəsilə Palatanın üzvləri məlumatlarla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkət və təşkilatlar Azərbaycan və ABŞ hökümətlərinin biznes, informasiya və əlaqələr daxil olan geniş bazaya daxil olma imkanı qazanır.