Azərbaycan Respublikası Prezidentinin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" 09 yanvar 2013-cü il tarixli Sərəncamının icrası məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ilk dəfə sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün Nazirliyin internet səhifəsində və kütləvi informasiya vasitələrində müsabiqə elanları verilmişdir.
Müsabiqələr qanunauyğun və şəffaflıq şəraitində keçirilmiş və müvafiq sahələr üzrə ixtisaslaşmış 19 təşkilat qalib gəlmişdir. Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi üçün Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində, həmçinin Xaçmaz, Biləsuvar, Şəmkir və Zaqatala rayonlarında İcma Əsaslı Reablitasiya Mərkəzləri fəaliyyət göstərir.
Mərkəzlərdə 570 nəfər sağlamlıq imkanları məhdud uşağın sosial reabilitasiya ehtiyaclarını ödəmək üçün funksional qiymətləndirmə, aktiv terapiya, oyun terapiyası kimi müasir metodlardan istifadə etməklə, onların cəmiyyətə adaptasiya olunmasına köməklik göstərilir.
Mingəçevir, Göyçay, Şamaxı şəhərlərində, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Ucar rayonlarında 400 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün səyyar reabilitasiya xidmətləri göstərilir. Evdə səyyar reabilitasiya xidmətlərindən kənd yerlərində və reabilitasiya xidmətlərindən uzaqda yaşayan 3-12 yaşlı uşaqlar yararlanır.
Xızı, Şabran, Siyəzən, Quba rayonlarında 100 nəfər (0-7 yaş) sağlamlıq imkanları məhdud uşaqlara Portec metodikası ilə sosial reabilitasiya xidmətləri göstərilir. Portec metodikası ilə sosial reabilitasiya xidmətlərinin göstərilməsinin məqsədi inkişafdan geri qalmış uşaqlar üçün məktəbəqədər erkən müdaxilə sisteminin yaradılmasıdır.
Bu xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər uşaqların ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanmış həftəlik evə başçəkmə xidmətidir. Portec işçisi hər həftə uşağa evdə baş çəkir və yeni bacarıqlar öyrətmək üçün fəaliyyəti planlaşdırmağa köməklik edir.
Valideynlər tam olaraq təlim prosesinə cəlb olunurlar. Portec proqramının tətbiqi uşaqların bacarıqlarının inkişaf etdirilməsinə və öz həmyaşıdları ilə bərabər cəmiyyətə inteqrasiya edilməsinə köməklik edir.
Bakı şəhərindədaun sindromlu 50 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial reabilitasiya xidmətləri göstərilir. Daun sindromlu uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri, nitqində ləngimə, zəif eşitmə, görmə, immunitetin zəifliyi, qulaq və gözlərdə infeksiyaya meyillilik olur.
Sağlamlıq imkanları məhdud uşaqların (Daun sindromlu) sosial reabilitasiyasının məqsədi daun sindromlu uşaqlarda bu problemlərin həlli üçün onlara sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiya, onların ailələrinə dəstək xidmətləri göstərilməsi, həm qrup şəklində, həm də fərdi şəkildə dərs məşğələlərinin, praktiki dərslərin keçirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili, istedad vəqabiliyyətlərinin üzə çıxarılması məqsədilə vaxtaşırı konsertlərin, əl işlərindən ibarət sərgilərin həyata keçirilməsi yolu ilə onların reabilitasiyasını həyata keçirməkdir.
Bakı şəhərində 200 nəfər sağlamlıq imkanları məhdud uşağın müasir fizioterapevtik və psixo-sosial metodlarla reabilitasiyasına başlanılmışdır. Layihə çərçivəsində müasir rerabilitasiyaavadanlıqlarından (“Qross” trenajoru, “Korvit” qurğusu, “Adeli” kostyumu və s.) istifadə etməklə uşaq serebral iflici keçirmiş sağlamlıq imkanları məhdud 6-18 yaşlı uşaqların hərəkət fəaliyyətinin artırılması məqsədilə dayaq-hərəkət sisteminin korreksiyasının həyata keçirilməsi, həmin uşaqların müasir vasitələr və metodologiya ilə psixo-sosial reabilitasiyası işi həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə Bakı şəhərində psixo-fiziki inkişafa dəstək Mərkəzi yaradılmışdır.
Mərkəzdə 70 nəfər mütəxəssisə müasir reabilitasiya metodlarının öyrədilməsi məqsədilə təlimlər təşkil edilir, mütəxəssislər, valideynlər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müvafiq mətbuat nəşrlərindən, elektron daşıyıcılardan istifadə imkanları yaradılmış (kitab, jurnal, buklet və s.), ailələr uşaq inkişafı və reabilitasiyası sahəsində maarifləndirilir, 70 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün müasir xüsusi ləvazimat, alət və əşyalardan istifadə imkanları yaradılır.
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Astara, Yardımlı, Lənkəran, Yevlax, Beyləqan, Qazax, Ağcabədi, Qax rayonlarında günərzi mərkəzlər yaradılmışdır. Günərzi Mərkəzlərdə 240 uşağa sosial xidmətlər göstərilir.
Bu xidmətlərə uşaqların qidalanması, uşaqların maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili və ev tapşırıqlarının hazırlanmasına kömək edilməsi, gündəlik həyat vərdişlərinin aşılanması, qavrayış, emosional və fiziki inkişafına və onların sosial uyğunlaşmasına yardım, dərketmə bacarıqların inkişaf etdirilməsi aiddir.
Yetkinlik yaşına çatmayanlarınbaxımsızlığının profilaktikası məqsədilə sosial-psixoloji xidmətlər (qaynar xətt xidməti) yaradılmışdır. Mərkəzdə baxımsızlığının profilaktikası məqsədilə yetkinlik yaşına çatmayanlara emosional-psixoloji dəstək göstərilir, hüquqi məsləhətlərlə təmin edilir, onların müraciətləri müvafiq qurumlara yönləndirilir.
Baxımsız və hüquq pozuntusu törədən uşaqların sosial reabilitasiyası və sosial –hüquqi xidmətlərin təşkili məqsədilə mərkəz fəaliyyət göstərir. Mərkəzdə qanunla münaqişədə olan uşaqların psixoloji problemləri və fərdi xüsusiyyətləri öyrənilərək reabilitasiya işi həyata keçirilir, uşaqların hüquqları müdafiə olunur, onlara hüquqi yardımlar göstərilir. Burada az ağır, ağır və həmçinin böyük ictimai təhlükə törətməyən cinаyət əməlləri və müxtəlif hüquqpozmalar törətmiş, ilk dəfə məhkəmə qаrşısındаdаyаnаnuşаqlаr, həmçinin pоlis, prоkurоrluq və yа Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları tərəfindən ictimai normalara zidd hərəkətlərə yоlvеrdiklərinə görə qeydiyyata alınmış uşаqlаra hüquqi yardım göstərilir. Layihə çərçivəsində 250 nəfər uşağa reabilitasiya xidmətlərinin göstərilməsi planlaşdırılır.
Sosial təhlükəli vəziyyətdə olan zorakılığa məruz qalmış və cinayətin qurbanı olan uşaqların sosial reabilitasiyası həyata keçirilir. Zorakılıq, o cümlədən ailədaxili zorakılıq, cinsi, fiziki və psixoloji zorakılıq, zorlanma və ya təcavüzə, döyülməyə məruz qalmış, habelə əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş uşaq və gənclərə ixtisaslaşmış yardım göstərilir. Burada uşaqlara sosial-psixoloji qayğı, sosial-psixoloji müalicə, sosial gücləndirmə və uşaqların ailələri, məktəbləri və sosial mühiti ilə birgə əməkdaşlıq kimi xidmətlər göstərilir. Layihə çərçivəsində 60 nəfər uşağa reabilitasiya xidmətlərinin göstərilməsi planlaşdırılır.
Penitensiar müəssisələrdən və xüsusi müəssisələrdən azad olunan baxımsız uşaqların sosial adaptasiyası məqsədilə layihə icra edilir. Layihə çərçivəsində penitensiar müəssisələrdən və xüsusi müəssisələrdən azad olunan100 nəfər uşağın sosial adaptasiyası işinin təşkilinə yardım göstərilir və onların hüquqlarının müdafiə olunması işi həyata keçirilir, həmin uşaqlara birdəfəlik müavinət və şəxsiyyət vəsiqəsi alınmasına, tibbi xidmətlərlə təmin olunmasına yardım göstərilir.
osial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası layihəsi icra olunur. Layihənin məqsədi həmin uşaqlara uşaqlar üçün sığınacaq və reinteqrasiya xidmətlərin göstərilməsi vasitəsilə uşaq alverinin və məcburi əməyin qarşısının alınması, ölkədə insan alveri və məcburi əməyin potensial və ehtimal olunan uşaq qurbanlarına hüquqi, sosial, tibbi, psixoloji yardımın göstərilməsidir. Layihə çərçivəsində 300 nəfər uşağa reabilitasiya xidmətlərinin göstərilməsi planlaşdırılır.
Sumqayıt şəhərində məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası məqsədilə Mərkəz fəaliyyətə başlamışdır. Burada zorakılığa məruz qalmış 100 nəfər uşağa reabilitasiya xidmətlərinin təşkili, onlara sosial-psixoloji reabilitasiya, ailəyə dəstək xidmətlərinin göstərilməsi və onların problemlərinin həlli məqsədilə müvafiq qurumlara yönləndirilməsi kimi xidmətlər göstərilir.
Nazirliyin sifarişi ilə icra edilən layihələr təxminən 1390 nəfər sağlamlıq imkanları məhdud uşaq və onların ailələrini, 240 nəfər dövlət uşaq müəssisələrinə düşmə riski yüksən olan uşaq və onların ailələrini, 810 nəfər sosial təhlükəli vəziyyətdə olan uşaq və onların ailələrini əhatə edir.