Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Klubunun daha bir əfsanəvi futbolçusunu Bakıya gətirir.



 


Şirkəti “Mançester Yunayted”lə əməkdaşlıq çərçivəsində komandanın tarixində ən yaddaqalan simalardan biri olan, Duayt Yoyk ilə birlikdə 90-cı illərdə Avropanın ən güclü hücum duetlərin birini təşkil edən Endi Koulu Bakıya dəvət edib.



 


Endi Koul 2-5 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2013” sərgisində “Bakcell”in xüsusi qonağı kimi iştirak edəcək. Sərginin ilk günü Bakcell stendinin bütün ziyarətçiləri məşhur futbolçu ilə görüşmək və xatirə şəkilləri çəkdirmək imkanı əldə edəcəklər.



 


Endi Koul səfərinin növbəti günlərində futbol və xüsusilə də “Mançester Yunayted” azarkeşləri ilə təşkil olunacaq xüsusi görüşdə iştirak edəcək. Azarkeşlərlə görüş 3 dekabr 2013 tarixində “Bakcell Arena Sport Bar”da təşkil olunacaq.



 


Bakcell və “Mançester Yunayted” arasındakı əməkdaşlıq haqqında daha ətraflı məlumat əldə etmək üçün lütfən Bakcell şirkətinin rəsmi internet və Facebook səhifələrinə, eləcə də “Mançester Yunayted”in Azərbaycan azarkeşləri üçün yaradılan səhifəyə daxil olun: www.bakcell.com www.facebook.com/bakcell www.manutd.bakcell.com 


 


Bakcell haqqında


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.



 


Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.


 


Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.


 


Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.