Bank Respublika MilliÖN ödəniş sisteminin partnyorları sırasına qatıldı. Bank Respublika və MilliÖN ödəniş sistemi kredit borclarını sayı 1500-dən artıq olan MilliÖN ödəniş terminal şəbəkəsi vasitəsilə ödəmək imkanını təklif etdilər.
Ödəniş terminalında krediti ödəmə üsulu çox sadədir: monitorda “Bank xidmətləri” seçildikdən sonra “Bank Respublika” düyməsinə basılır. Bankın müştəriləri müvafiq xanalara hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrələrini daxil edir, lazım olan məbləği yatırır və qəbzini alır.
Real vaxt rejimi pul vəsaitlərini dərhal hesaba yatırılmasına imkan verir. Əməliyyat üçün heç bir komissiya haqqı tutulmur.
MilliÖN vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası xidmətləri üzrə borclarını ödəyə bilərlər. Bu gün MilliÖN şəbəkəsinə 60 kütləvi xidmət müəssisələri qoşuludur. İlin sonunadək bu şirkətlərin sayının 80-dək çatdırılması və göstərilən xidmətlər çeşidinin artırılması nəzərdə tutulub.
MilliÖN ödəniş köşkləri əsasən ticarət və biznes mərkəzlərində, banklarda, dövlət idarələri və şöbələrində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakı və digər şəhərlərin vağzallarında quraşdırılıb.