Elektrik nəqliyyat vasitələrinin istehsalı sahəsində Z.E. xətti ilə lider kimi tanınan və avtomobil idmanı sahəsində unikal təcrübəyə malik olan "Renault" şirkəti "FIA Formula-E" yarışlarının təşkilatında fəal iştirak edib. Gələn ilin sentyabr ayından başlayaraq, 10 komandanın pilotları "Renault"un "Renault Sport"la birgə hazırladığı və Frankfurtda təqdim etdiyi "SRT_01E" avtomobillərində yarışacaq. 



 


Avtomobil idmanında yeni dövr


 


Avtosport – yeni texnologiyaların test edildiyi sahədir və elektrik mühərriklərin bu sahədə tətbiqi gözlənilən bir hadisə idi. Beləliklə, aparıcı avtomobil istehsalçıların, xüsusi olaraq "Renault"un səyləri sayəsində, artıq bir neçə elektrik avtomobil xətti mövcuddur. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşəbbüsü ilə təşkil olunan yeni "Formula-E" yarışlarında təkyerli, elektrik mühərriklə çalışan və tam tullantısız avtomobillər iştirak edəcək.



 


İlk “Formula-E” çempionatı 2014-cü ilin sentyabr ayında başlayacaq və 2015-ci ilin iyun ayınadək davam edəcək. Yarış 10 etapdan ibarət olacaq ki, etapın hər birinin mərkəz meydançası Avropa (London, Berlin, Roma), Asiya (Pekin, Banqkok, Putracaye), ABŞ və Latın Amerikası (Los-Anceles, Mayami, Rio-de-Janeyro) şəhərləri seçiləcək. Yarışın ilk mövsümündə 10 komandanın 20 pilotu “Spark-Renault SRT_01E” avtomobillərində yarışacaq.


 


“FIA Formula-E” çempionatının təşəbbüskarı olan “Formula-E” holdinqi “Spark Racing Technology” şirkəti qarşısında 40 birnəfərlik idman yürüş avtomobilinin hazırlaması məqsədini qoyub. Sözügedən avtomobillər istehsalın, təhlükəsizliyin və sərfiyyatın standartlarına tam cavab verir. Məhz bu amil digər avtomobil istehsalçılarının da yarışda iştirak etməsinə imkan yaradacaq. Avtomobillərin hazırlanması və istehsalı üçün “Spark Racing Technology” şirkəti idman avtomobil sənayesində tanınmış adlardan ibarət konsorsium yaradıb:


 


-       “Renault” – şirkət elektrik transmissiyanın hazırlanması, onun təhlükəsizliyini təmin edilməsi, sistemlərin inteqrasiyası və səmərəliyin optimallaşdırılmasına cavab verib


-       “McLaren Electronic Systems” – güc və idarəolunan elektron qurğuların işlənməsi, istehsalı və quraşdırılması


-       “Williams Advanced Engineering” – batareya konstruksiyası


-       “Dallara” – daşıyıcı kuzov korpusunun işlənməsi və hazırlanması


-       “Spark” – avtomobilin dizaynı (asma, aerodinamika, yığılma)


 


“Spark”ın texnoloji tərəfdaşı olan “Renault” şirkəti yeni avtomobilin idarəçiliyi və səmərəliyin və təhlükəsizliyin optimallaşdırılması üçün “Renault Sport Technologies” və “Renault Sport F1” bölmələrinin mühəndislərinin təcrübəsindən istifadə edib. “Biz bu layihəyə böyük həvəslə başlamışıq, çünki layihə bizə yeni həllərdən istifadə etmək imkanını yaradıb. Bundan öncə heç bir şirkət qısa vaxt ərzində və kiçik partiyalarla bu cür birnəfərlik idman avtomobili istehsal etməyib.


 


Biz məhdud parametrlər çərçivəsində çalışmışıq. Konsorsiumun digər üzvlərinin əvəzolunmaz təcrübəsindən yararlanaraq, biz müasir bilik sintezli “Spark-Renault SRT_01E” avtomobilini istehsal etdik. Əminik ki, bu avtomobil idman avtomobilləri tarixində layiqli yer tutacaq”, - deyə “Renault Sport Technologies”ın texniki direktoru və “Renault” tərəfindən “Formula-E” yarışlarının koordinatoru Fransua Şamo bildirib.


 


“Spark-Renault SRT_01E” – texnologiyalar toplumu



 


“Spark-Renault SRT_01E” avtomobili özündə elektrik transmissiyanın mükəmməl texnologiyalarını və təəssürat doğuran innovativ dizaynı cəmləşdirir. Bundan başqa, avtomobilin konstruksiyası aerodinamik xüsusiyyətlərə malikdir ki, bunlar ötmə prosesini asanlaşdırır və yüksək yol işıq zolağı hesabına “Formula-E” yarışının şəhər trasslarında avtomobilin rahat hərəkətini təmin edir. Avtomobil həmçinin, “Formula-1” yarışlarının hazırkı tələblərinə cavab verir.


 


Pilotun qorunması sistemindən başqa avtomobil batareyanın xidmətetmə vaxtını artıran texnoligiya ilə təchiz olunub. Onun çəkisi 200 kq təşkil edir ki, bu da beynəlxalq nəqliyyat standatrlarına tam uyğundur. Elelktrik mühərrik hərəkət edən çarxlara 200 kVt və ya 270 at gücünün təchizatını təmin edir. İxtisasartırma sessiyalarında sürücülər elektik avtomobillərin tam gücünü istifadə etmək imkanını əldə edəcək. Lakin yarış zamanı 133 kVt və ya 188 at gücü səviyyəsində məhdudiyyət qoyulacaq ki, müəyyən vaxtdan sonra avtomobilin gücü maksimum artırıla bilər (“Push-To-Pass” rejimi).


 


Bu, bir dəfə enerji ilə təchiz olunan avtomobilin qət etdiyi məsafəni artıracaq və sürücülərə lazım olduğu halda ötmə manevrini hayata keçirməyə imkan yaradacaq. Konstruktorlar nəqliyyat vasitəsinin çəkisini azalda bilib: sürücü ilə birgə avtomobilin çəkisi 800 kq təşkil edə bilər. Sözügedən avtomobil trassda 0-100 km/saat sürəti 3 saniyəyə yığır. Şəhər daxilində keçiriləcək yarış zamanı maksimal sürət məhdudiyyəti 200 km/saat təşkil edəcək.