Bakı – 5dekabr 2013-cü il. “Microsoft Azerbaijan” şirkəti dekabrın 2-dən 5-dək Bakıda keçirilən ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“BakuTel-2013”) iştirak edib.
Belə ki, sərgi çərçivəsində “Microsoft Azerbaijan”ın stendini ziyarət edənlər “Windows 8.1” yeni əməliyyat sistemi, bulud texnologiyaları əsasında hazırlanmış “Office 365” xidməti, “Windows 8” əmaliyyat sistemi üzərində işləyən planşet və noutbukların demo-şousu və “Windows Phone” əməliyyat sistemi üzərində işləyən qurğularla tanış ola bilib.
“Microsoft Azerbaijan” şirkətinin 15 promouteri “Windows 8.1”in üstünlükləri, təklif olunan sazlanma və sözügedən əməliyyat sisteminin funksional təkmilləşdirilməsi barədə ətraflı məlumat verib, eyni zamanda, “Office 365” xidmətinin imkanlarını nümayiş etdirərək, bildiriblər ki, bu xidmət “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və“Lync Online”) “Office Professional Plus” ofis əlavələri paketini özündə birləşdirir.
“Microsoft” haqqında:
1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı istehsalında dünya lideridir. Microsoft korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri.
Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.