Bu ilin sonunda FIA (Federation Internationale de l Automobile) Dünya Çempionatı “Formula-1” sinfində səkkiz mövsümdən sonra həcmi 2,4 litr təşkil edən V8 mühərrik dövrü ilə vidalaşır. Sözü gedən mühərrikləri 2014-cü ildə həcmi 1,6 litr təşkil edəcək V6 turbo mühərrikləri əvəz edəcək.
“Renault” V8 mühərriki ilə ilk qalibiyyəti 2006-cı ildə Bəhreyn Qran-pri yarışlarında əldə etdi. Sebastyan Fettel (“InfinitiRed Bull Racing-Renault”) ötən istirahət günlərində Braziliyada keçirilən Qran-priyarışlarında V8 mühərrikli bolidlə “Formula-1” yarışlarının sonuncu qalibi olub.
Mark Vebber öz sonuncu yürüşündə finişə ikinci gələrək, RS27 mühhərikinə “qızıl” dubl bəxş edib. “Renault” şirkəti 60 qələbə, 66 poul-mövqe, 56 ən sürətli dairə, 5 Konstruktorlar Kuboku və çempion titulları ilə mühərriklər üzrə mövcud olan texniki reqlamentə görə ən uğurlu mühərriklər istehs alçısıdır.
FIA Dünya Çempionatının “Formula-1” sinfində 30 ildən artıq müddət ərzində “Renault” 12 titul qazanıb (bütün qələbələrin 30%-i): ikisi öz bayrağı altında (2005 və 2006-cı illərdə), həmçinin mühərrik təchizatçısı kimi (1992-1997-ci illərdə və 2010-2013-cü illərdə). “Renault” həmçinin, mühərrik istehsalçıları arasında rekord sayda poul-mövqelərə malikdir (213).
“RENAULT”:V8 DÖVRÜNÜN ƏN MÜVƏFFƏQİYƏTLİ MÜHƏRRİKLƏR TƏCHİZATÇISI
Ötən istirahət günlərində “Renault” şirkətinin bölməsi olan və “Formula-1” yarışları ilə məşğul olan “Renault Sport F1” şirkəti ən uğurlu mühərrik istehsalçısı adını bir daha təsdiq edib. Sebastyan Fettelin Braziliya Qran-prisində qələbəsi “Renault Sport F1”in qələbələrinin sayını 60-a çatdırıb – bu da 8 il müddətində qazanılan bütün qələbələrin 40%-ni təşkil edir. Bu il “Infiniti Red Bull Racing” və “Renault Sport F1” komandalırı ardıcıl olaraq özlərinin dördüncü Konstriktorlar Kubokunu qazanıb. 20 ildən artıq bir dövr ərzində bu tandem ilk dəfə olaraq bu cür aramsız uğura imza atıb.
Kral yürüşləri tarixində analoji uğur yalnız bir dəfə qeydə alınıb (1988-ci ildən 1991-ci ilədək “McLaren-Honda”). Bu titul “Renault” üçün V8 mühərrikləri dövrünü qələbə ilə başa vurmağa imkan verir. Fransa şirkəti ilk çempionluq titulunu “Renault F1 Team” komandası ilə 2006-cı ildə “Formula-1” yarışlarının V8 mühərriklərinə keçdiyi zaman qazanıb və hazırda sözü gedən mühərriklər üçün nəzərdə tutulmuş son mövsümü qələbə ilə başa vurur. Səkkiz çempion titulundan beşini qazanan “Renault” bu gün V8 mühərriklərinin ən müvəffəqiyyətli istehsalçısı sayılır. Cari ildə “Renault”nun əldə etdiyi Konstruktorlar Kuboklarının ümumi sayı 12-yə çatıb.
V8: Üstünlük dövrü
59 qələbə
65 poul-mövqe
55 ən sürətli dairə
3665,5 xal
5 konstruktorlar kuboku
Pilotlar Çempionatında 5 qələbə
Qələbələrin 40%-i V8 dövründə
Hər iki poul-mövqenin 1-i
6 müxtəlif pilot yarışlarda “Renault V8” mühərrikləri ilə qalib gəlib
4 müxtəlif komanda yarışlarda “Renault V8” mühərrikləri ilə qələbə qazanıb
Qələbə yolu
“Renault” səkkiz pilotdan beşini mühərriklərlə təchiz edib ki, bu pilotlar V8 mühərrikləri dövründə qələbə qazanıblar. Pilotlardan V8 mühərriki ilə ilk qələbə qazanan Fernando Alonso olub. O, bu qələbəyə 2006-cı ildə “Renault F1 Team” komandasının heyətində olarkən imza atıb. 2010-cu ildə Sebastyan Fettel ilk titulunu qazanıb və bununla da “Formula-1” yarışlarında liderliyinə start verib. O, 2011-ci və 2012-ci illərdə qalib gəlib, 2013-cü ildə isə Hindistan Qran-prisində qələbə qazanaraq, dördqat dünya çempionu olub.
Bununla da S.Fettel “Renault”nun səfiri olan Alen Prosta çatıb. V8 mühərriki “Renault Sport F1”in Viri-Şatiyonda yerləşən qərargahında 250 mühəndisdən ibarət olan komanda tərəfindən hazırlanıb və bu mühərrik “Infiniti Red Bull Racing” (2010-2011-cü illərdə və 2012-2013-cü illərdə) və “Renault F1 Team” (2006-cı ildə) tərəfdaşları ilə 5 Konstruktor Kuboku qazana bilib.
Biz 2005-ci ildə sonuncu V10 mühərriki ilə birgə qələbə uğrunda vuruşurduq və bu mühərrikin uğuru olduqca yüksək göstərici nümayiş etdirdi. Viri-Şatiyondakı komanda işin öhdəsindən əla gəldi və nəticədə parallel olaraq iki mühərrik istehsal etdi ki, bu mühərrikin hər ikisi ilə uğura imza atılıb. Mənim üçün ən parlaq qələbə 2006-cı ildə Bəhreyndə keçirilən Qran-pri yarışlarında V8 mühərrikləri dövrünün ilk yürüşü olub ki, burada Alonso qalib gəlmişdir.
Bizim çətin işin düzgün olduğunu görəndə mən həddindən artıq yüngüllük hiss etdim. V8 mühərrikini hazırlayarkən biz ciddi problemlərlə üzləşmişdik və nəticədə biz problemləri aradan qaldırmaq üçün rəqiblərimizi və müşahidəçilərimizi təəcübləndirən qərarlar qəbul etdik. Məsələn, biz trekdə sınaqlara olduqca gec başladıq. Digərləri bolidlərin ilkin versiyalarını yollarda yoxlayarkən, biz dinamometrik sınaqlar keçirirdik! 2006-cı ildə sonuncu yürüşdə titulun qazanılması unudulmaz təəssürat bağışlayıb.
Yürüş o qədər gərgin idi ki, mən Braziliya etapını xatırlaya bilmirəm və yadıma düşən yalnız “Renault” komandası ilə qələbənin qeyd edilməsidir. 2010-cu ildə Əbu-Dabidə biz “Red Bull Racing”lə uğura imza atdıq – Fettel özünün ilk pilotlar çempionatının qalibi oldu. Həmin yürüş olduqca gərgin keçdi və Sebastyanın qələbəsi və qazanılan çempionat yüngüllük hiss etməyə imkan yaratdı. Biz bir çox yürüşlərin qalibi olmuşuq və artıq lazımi təcrübəmiz mövcuddur.
Gələn il Viri-Şatiyondakı komandanın qarşısında duran məsələni qiymətləndirməmək mümkün deyil. Keşmiş qələbələr gələcək uğurların təminatçısı deyil, lakin biz öncəki ruh yüksəkliyini və iş mühitini qoruyub saxlaya bilsək, növbəti və digər illərdə bizim qarşımıza qənaətbəxş perspektivlər çıxacaq”.