BMM-də sosial təhlükəli vəziyyətdə olan (küçə uşaqları, zorakılığa məruz qalmış, cinayət qurbanı olmuş, penitensiyar müəssisələrdən azad olmuş və s.), yetkinlik yaşına çatmayanların problemlərinin həllində medianın rolu mövzusunda seminar keçirilib.
Seminarda deputat Etibar Hüseynov, Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri, müvafiq QHT-lərin rəhbərləri, sosial işçilər, tanınmış jurnalistlər, hüquqşünaslar və psixoloqlar iştirak ediblər.
Cəmiyyətdə tanınmış simalar da bu mövzuda öz təəssüratlarını bölüşüblər. Məruzəçilər “Ümidli Gələcək Gənclər Təşkilatı”nın sədri Kəmalə Aşumova, “Hüquq dünyası” Təşkilatının rəhbəri Nazir Quliyev, hüquqşünas Yusif Yəhyayev, psixoloq Zülfiyyə Əsgərova video çarxlar vasitəsilə bu problemlərin aradan qaldırılması ilə bağlı təcrübələrini və fikirlərini bölüblər.
Jurnalistləri bu mövzuda daha duyarlı olmağa çağırıblar. Onu da qeyd edək ki, seminarda Mətbuat Şurasının, “Qadın Jurnalistlər Birliyi”nin və digər jurnalist təşkilatlarının nümayəndələri, televiziyaları, internet portalların, qəzetlərin, agentliklərin əməkdaşları da iştirak edib.
Seminar-konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə EMco. kompaniyası tərəfindən təşkil edilib. Qeyd edək ki, dekabrın 10-da BMM-də saat 11:00-da jurnalistlər üçün Sağlamlıq imkanları məhdud uşaqların problemlərinin mediada işıqlandırılması ilə bağlı növbəti seminar keçiriləcək.