Bakı, 6 dekabr 2013-cü il: “British Airways” aviaşirkəti və “Elemis” şirkəti Milad bayramı ərəfəsində səyahətçilər üçün yeni SPA üslubu və hədiyyə paketi tərtib edib.Terminal 5 və JFK-də səyahətçilər üçün ödənişsiz xidmətlə təmin edən məşhur SPA menyusuna əlavə olaraq, dekabr ayından xanımlar və bəylər üçün geniş xüsusi qayğı üsulları əlavə edilib.
“Elemis” şirkəti qaşlara qayğı göstərən “HD Brows”, dırnaqlara qayğı göstərən “Essie” və bu sahədə tanınmış mütəxəssis – Riçard Antoni ilə uçuşdan öncə sərnişinlərin rahatlığını təmin etmək üçün çalışır. Uçuş qabağı sərnişinlərə bir sıra rahatlandırıcı və cavanlaşdıran 15 dəqiqəlik proseduralar təklif olunacaq. Noyabr ayında “Elemis”şirkəti Terminal 5-də yerləşən SPA mərkəzində müştərilər əl, ayaq və boyun nahiyəsinə göstərilən qayğıdan zövq aldığı zaman, əl hərəkətlərini və mütəxəssislərin texnikasını təkrarlayan 3D masaj kreslolarını təqdim edib.
Yeni qayğı sahəsinə əlavə olaraq, SPA mərkəzinin özü yumşaq rənglər və təbii materiallar ilə yeni üslubda tərtib edilib. Açıq planlaşma güzgülü və hədiyyə məhsulların yerləşdirildiyi sahələri özündə cəmləşdirir. Əlavə olaraq, müştərilər xüsusi “British Airways” aviaşirkətinin endirimləri ilə qulluq etmə məhsullarını “online” sifariş edə biləcəklər. Bundan başqa, “Club World” sərnişinləri uçuş zamanı yeni hədiyyə çantalarını əldə edəcəklər. Ayaqqabı və alt paltarlar üçün çantalara bənzəyən bu yenilik “British Airways” üçün xüsusi istehsal edilmiş nəmləndirici, sərinləşdirici və bərpaedici məhsullardan ibarətdir.
”British Airways”in əsas məqsədi sərnişinlərin rahat uçuşunu təmin etməkdir. Bizim komandamız “Elemis” şirkətinin mütəxəssisləri ilə birgəTerminal 5-də rahatlandırıcı atmosfer yaratmaq üçün sıx əməkdaşlıq edib. Yeni xidmətlər və xüsusi hədiyyələr bunu reallıqa çevirir", - deyə “British Airways” aviaşirkətinin Məhsul və xidmətlər departamentinin rəhbəri xanım Keyt Tornton bildirib. "Biz “British Airways” aviaşirkətinin müştərilərini diqqətlə dinlədik və priemium sinfi sərnişinləri üçün xüsusi təkliflər üzərində işlədik.
“British Airways” və “Elemis” brendləri lüks ilə əlaqələnir və əməkdaşlıq etməyə şaddırlar", - deyə “Elemis” şirkətinin icraçı direktoru Şon Xarrinqton bildirib. Qeyd edək ki, hədiyyə çantaları sərnişinlərə 2013-cü ilin dekabr ayından etibarən paylanılır. Sözügedən aksiya “British Airways” şirkətinin yerinə yetirdiyi London-Bakı-London aviareysi üzrə uçan sərnişinlərə də şamil olunur.
“British Airways" haqqında:
- Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir. British Airways – marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir. British Airways hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
- Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir – Biznes və Ekonom. British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.
Məlumat üçün British Airways aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.
Тel:(012) 436 85 09
E-mail:info@redcom.az