Seminarın işində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin, bu sahədə fəaliyyət göstərən QHT rəhbərlərinin, mütəxəssislərin, ekspertlərin və tanınmış media nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Britaniya Şurası Avropa Birliyi tərəfindən maliyyələşən “bərabər hüquqlu cəmiyyətlərdə inkluziv qərarların qəbulu” layihəsini həyata keçirilir.


 


Bu layihə çərçivəsində kütləvi informasiya vasitələrində əlilliyi olanların cəmiyyətə sosial inteqrasiyasi ilə bağlı prioritetlər də daxildir. Bununla bağlı Böyük Britaniya konsulluğunun nümayəndəsinin də çıxışı nəzərdə tutulub. Bütün kütləvi informasiya vasitələri dəvət olunur. Tədbirin sonunda kofe brek nəzərdə tutulub. Təşkilatçı EMco kompaniyasıdır. Qeyd edək ki, seminar dekabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.