Bakıda Azərbaycan Diplomatik Akademiyasının (ADA) bakalavr tələbələrinin təşəbbüsü və “Coca-Cola” şirkətinin dəstəyi ilə “Ola biləcəyindən də yaxşı ol” adlı layihənin yekunlarına dair tədbir keçirilib.
Layihənin əsas məqsədi imkansız, əlil, qayğıdan məhrum olmuş uşaqlara yardım etmək, onların istedad və bacarıqlarını üzə çıxartmaqdan ibarətdir. “Damla” qeyri-hökumət təşkilatı və “Coca-Cola” şirkəti tərəfindən dəstəklənən bu layihə çərçivəsində ADA-da satış məqsədli sərgi keçirilib.
Sərgidə köməyə ehtiyacı olan uşaqların əl işləri, çəkdikləri rəsmlər, hazırladıqları oyuncaqlar, bişirdikləri müxtəlif şirniyyat növləri satılıb. Sərgi xeyriyyə məqsədli konsertlə davam etdirilib. Köməyə ehtiyacı olan uşaqların müxtəlif növ çıxışları, rəqs, poeziya, muğam və s. ifaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Keçirilən aksiyaya dəstək vermək üçün bir çox iş adamı, digər universitetlərin tələbələri və dövlət işçiləri dəvət edilib.
Qeyd edək ki, ADA-da sosial məsuliyyət və vətəndaşlıq aktiv təbliğ edilir. Belə ki, sosial məsuliyyət və vətəndaşlıq ADA-nın dörd təməl prinsipindən biridir. Tələbələrdə təşəbbüskarlıq, məsuliyyət, ətraf mühitə qayğı vərdişlərini yaratmaq ADA-nın prioritləri sırasındadır. Elə məhz bu səbəbdən, il ərzində ADA-da tələbələr tərəfindən müxtəlif tədbirlər, layihələr həyata keçirilir.
“Coca-Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 milyard ABŞ dolları olan brendlər daxildir: “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “Vitaminwater”, “Powerade”, “Minute Maid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir.
Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,8 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com