Seminarda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti Şöbəsinin müdiri Elnur Sultanov çıxış edərək bildirib ki, bu ildən etibarən sağlamlıq imkanları məhdud olan uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsinin nəzərdə tutulduğunu bildirib:


 


“Bu sahəyə ölkə başçısı 2 milyon manat pul ayırıb. Azərbaycanda 2400-dən çox sağlamlıq imkanları məhdud olan uşaqlar bu xidmətlərdən yararlanıb. Ölkəmizin 30 bölgəsində 20-yə yaxın QHT-lər bu sahədə insanlara xidmət göstərib.


 


Son illərdə sağlamlıq imkanları məhdud olan insanlara daha çox kömək göstərən QHT-lər olub. Bu cür köməkliklər gələcəkdə də fəaliyyətini davam etdirəcək”. Elnur Sultanov vurğulayıb ki, təəssüflər olsun ki biz hələ də KİV-də sensasiya axtarırıq: “Bəzi mətbuat işçiləri fikirləşirlər ki, bu kimi hal reytinq verici bir amil kimi qiymətləndirilir. Belə hal Nazirlik olaraq bizi sevindirmir.


 


Bir çox QHT-lər Nazirliyə müraciət edir ki, bu işlərlə bağlı qabaqlayıcı tədbirlər keçirilsin.Belə məsələlərdə sensasiya yox, köməklik məqsədi dayanmalıdır”. Daha sonra Xalq artisti, professor Mənsur İbrahimov bildirib ki, bu sahədə boşluqlar var: “Başqa ölkələrdə artıq sağlamlıq imkanları məhdud olan insanlar haqqında fikirlər müsbət yöndə formalaşıb.


 


Burada medianın rolu böyükdür. Bizdə də media tərəfindən bu sahədə böyük təbliğat aparılmalıdır”.  M. İbrahimov bildirib ki, çox zaman sağlamlıq imkanları məhdud olan insanlar depressiyaya düşür:“Bunların arasında qəza nəticəsində sağlamlığını itirən insanlarda mövcuddur”.


 


Qeyd edək ki, Ekspertlər Ülviyyə Mirzəyeva, Aydın Xəlilov, Rəşad Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Əlilliklə bağlı Dövlət Siyasəti sektorunun müdiri İsgəndər Mustafayev  çıxış edərək vurğulayıblar ki, əsas məqsəd KİV-də sağlamlıq imkanları məhdud uşaqlar və onların problemləri ilə bağlı hazırlanan materiallarda istər etik, istərsə də hüquqi cəhətdən yanaşmalarda müəyyən qaydalara riayət olunmasıdır.


 


Seminarda həmçinin  British Council Azərbaycanın direktoru xanım Elizabeth WhiteAzərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə British Councilin bu il başladığı yeni layihə barədə məlumat verib.