Ötən ay ərzində Azərbaycanın internet xəbər səhifələrində yer alan xəbərlərin tendesiyaları və statistikaları açıqlanıb. Azərbaycanda internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinqini və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2013-cü ilin noyabr ayının yekunlarını açıqlayıb və ay ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı müəyyən edib.
Təqdim edilən rəqəmlər müvafiq adların Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 150-dən çox xəbər saytında dərc edilmiş 181 mindən artıq məqalənin analizinə əsasən müəyyən edilib.
Bankların siyahısında liderliyi həmişəki kimi Unibank və Bank of Baku edir. Mobil operatorlardan Bakcell, sığorta şirkətlərindən isə “Atəşgah Sığorta” birincidirlər.Avtomobil markaları siyahısına Mercedes və Hyundai, universitetlər siyahısına isə Azərbaycan Dillər Universitet və Azərbaycan Diplomatik Akademiyası başçılıq edir.
Xarici məhsul brendlərinə Adidas 17%-lə, yerli məhsul brendlərinə isə Atena 38%-lə liderlik edir. Bu ay mediada ən çox danışılan alış-veriş mərkəzi isə 50%-la Park Bulvar olub.
Əlavə məlumat üçün press@nettrends.az ünvanına müraciət etmək və ya telefonla (012) 511-28-72 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.
Sosial şəbəkələrdə:
facebook.com/nettrendisaz
twitter.com/nettrendsaz
linkedin.com/company/nettrends