Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Direktorlar Şurasının üzvləri və ABŞ-ın dövlət katibinin köməkçisinin müavini Erik S. Rubin arasında görüş keçirilib.
Görüş zamanı Erik S. Rubin Azərbaycanda özəl sektor və əsas qərarları verən şəxslər arasında danışıqların aparılmasında “AmCham”ın vacibliyini vurğulayıb və bildirib ki, bu, öz növbəsində biznes mühitini yaxşılaşdırdırıb.
Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, Azərbaycanda “AmCham”ın təşəbbüsü ilə bir neçə əsas qanuna əlavələr edilib, biznes mühit düzəlib və dövlət tərəfindən ölkədə yerli və beynəlxalq biznes strukturları üçün daha rahat şərtlər tətbiq etmək üçün səylər göstərilib: “Azərbaycanda Amerika Ticarət Palatası ölkədə biznes mühitinin yaxşılaşdırılmasında böyük rol oynayır”.
Qeyd edək ki, Erik S. Rubin 2011-ci ilin iyul ayında Avropa və Avrasiya işləri üzrə büroda dövlət katibi köməkçisi müavini kimi çalışmağa başlayıb. Bu vəzifədə o, Şərqi Avropa, Qafqaz və Avropada regional konfliktlər ilə məşğul olur. 2008-2011-ci illərdə Erik S. Rubin Moskvada ABŞ səfirliyində missiya başçısının müavini kimi çalışıb.
“AmCham” haqqında:
“AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham-ın 260-dan artıq üzvü və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən tərəfdaşı mövcuddur. Palata Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.
“AmCham”ın sahə komitələrinin vasitəsilə Palatanın üzvləri məlumatlarla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar Azərbaycan və ABŞ hökümətlərinin biznes, informasiya və əlaqələr daxil olan geniş bazadan istifadə etmək imkanını qazanır.