Dekabrın 22-də “Fəal Ailəm, Sağlam Aləm” layihəsi çərçivəsində Bakıda ilk ailəvi idman yarışlarının final mərhələsi keçiriləcək. Layihə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. 



 


Bu ilin mart ayından dekabr ayınadək İsmayıllı,Bakı, Abşeron, Qəbələ, Sumqayıt, Qax, Bərdə, Kürdəmir, Şəmkir, Ağcabədi, Nabran, Mingəçevir və Azərbaycanın digər şəhər və rayonlarında ailəvi idman yarışları keçirilib.


 


Tədbirlərdə şəhər icra hakimiyyəti, təhsil və idman idarələri, QHT nümayəndələri, həmçinin məktəblilər ve onların valideynləri iştirak ediblər. Bu yarışların qalibləri dekabırın 22-də saat 12:00-da “ABU Arena”da keçiriləcək final mərhələsində qarşılaşacaq. Azərbaycanda 50 mindən artıq insanı idman müsabiqəsinə cəlb edən bu açıq ailə turniri “Fəal Ailəm, Sağlam Aləm” layihəsinin bir hissəsidir. 



 


Qeyd edək ki, bu layihə “Coca-Cola” şirkəti və MOK arasında birgə icra olunan 5 illik tərəfdaşlıq layihəsidır. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışın əsas məqsədi sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə, uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.Sağlam və aktiv həyat tərzinin dəstəklənməsi "Coca-Cola" şirkətinin dünya üzrə əsas məqsədlərindən biridir.