Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə “Fəal Ailəm, Sağlam Aləm” layihəsi çərçivəsində Bakıda ilk ailəvi idman yarışlarının final mərhələsi keçirilib.


 


Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışın əsas məqsədi sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməkdir. Sözü gedən açıq ailə turniri “Fəal Ailəm, Sağlam Aləm” layihəsinin bir hissəsidir.


 


Bu yarışlara hər kəs qatıla bilər.Belə ki, layihə çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar təşkil olunmuşdur ki, seminar çərçivəsində məktəblilər və onların valideyinləri idman yarışlarına yazılıb. Bakıda keçirilən tədbirin açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə layihənin əhəmiyyətindən danışıb və bildirib ki, analoji tədbirlər cəmiyyətdə sağlam aktiv həyat tərzini inkişaf etdirir.


 


“Mən “Coca-Cola” şirkətinə bu layihədə aktiv iştirak etdiyinə görə, həmçinin uşaqlar, gənclər və onların valideyinləri arasında sağlam həyat tərzinin təşviq etdiklərinə görə təşəkkürümü bildirirəm. Bütün bunlar yarış iştirakçılarını Olimpiya hərəkatının fəal üzvlərinə çevirir”. Öz növbəsində tədbirdə çıxış edən “Coca-Cola” şirkətinin market meneceri Qabil Əhmədov layihəyə dəstək verdiyinə görə MOK-a minnətdarlığını bildirib və qeyd edib ki, layihə “Coca-Cola” şirkəti və MOK arasında birgə icra olunan 5 illik tərəfdaşlıq layihəsidır və tərəflər gələcəkdə bu layihəni genişləndirmək niyyətindədir.


 


“Sağlam və aktiv həyat tərzinin dəstəklənməsi "Coca-Cola" şirkətinin dünya üzrə əsas məqsədlərindən biridir. Qeyd edim ki, bu açıq ailə turniri Azərbaycanda 50 mindən artıq insanı idman müsabiqəsinə cəlb edə bilib”.Tədbirdə həmçinin, Azərbaycan Təhsil Nazirliyinin rəsmisi, Azərbaycanın Olimpiya çempionları Rəfiqə Şabanova, Namiq Abdullayev və Fərid Mansurov, eyni zamanda dünyamiqyaslı turnirlərdə qalib gələn digər azərbaycanlı idmançılar iştirak ediblər.Qeyd edək ki, bu ilin mart ayından dekabr ayınadək İsmayıllı, Bakı, Abşeron, Qəbələ, Sumqayıt, Qax, Bərdə, Kürdəmir, Şəmkir, Ağcabədi, Nabran, Mingəçevir və Azərbaycanın digər şəhər və rayonlarında ailəvi idman yarışları keçirilib.


 


Nəticədə final mərhələsinə 15 komanda vəsiqə qazanıb ki, onlar müxtəlif estafetlərdə yarışaraq xallar toplayıb. Münsiflər heyətinin nəzarəti altında keçirilən yarışın qalibi “Velo idman” komandası elan olunub. İkinci yerdə “Karate”, üçüncü yerdı isə “Basketbol” komandaları qərarlaşıb. Yarışın qaliblərinə kubok, diplomlar və qiymətli hədiyyələr, digər final iştirakçılarına isə xatirə hədiyyələri təqdim olunub. Final mərhələsində yarış iştirakçılarını dəstəkləməyə tədbirə 1 000-dən artıq azarkeş qatılıb və onlar üçün tədbirdə Azərbaycanın estrada müğənnilərinin iştirakı ilə konsert təşkil olunub.


 



“Coca-Cola” şirkəti haqqında:



 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola”® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: “Diet Coke”®, “Fanta”®, “Sprite”®, ”Coca-Cola Zero”®, “vitaminwater”, “Powerade”®, “Minute Maid”®, “Simply”® və “Georgia® Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” dünyada TOP-onluğa daxildir. Əlavə məlumat üçün www.coca-colacompany.com saytını ziyarət edib, "Twitter"ə (twitter.com/CocaColaCo) və ya şirkətin www.coca-colablog.com saytında yerləşdiyi "Coca-ColaUnbottled" bloquna daxil ola bilərsiz.



 


MOK haqqında:



 


MOK 1992-ci ildə yaradilib. Komitənin əsas fəaliyyəti 1997-ci ildən Azərbaycanın başçısı İlham Əliyev MOK-un prezidenti seçiləndən sonra başlayıb. O vaxtdan bəri idmançılarımız  5 Yay Olimpiya Oyunlarında iştirak edib, 26 medal qazanıblar. MOK artıq dünya olimpiya dövlətləri arasında yüksək idman potensialı olan bir Komitə kimi tanınır. MOK 2 dəfə (2016-cı və 2020-ci illər) Olimpiya Oyunlarına evsahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Bakıda bir çox Avropa və beynəlxalq olimpiya tədbirləri kecirilib.


 


Nəticədə, Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını Azərbaycanda keçirməyi qərara alıb. MOK təkcə Olimpiya Oyunlarında deyil, eyni zamanda Olimpiya hərəkatının təbliği üçün BOK-un təşkil etdiyi Olimpiya Günü və bir çox layihə və proqramlarda da iştirak edir. Komitə Azərbaycanda Olimpiya hərəkatı və idmanın inkişafına xüsusi qayğı göstərir. Yeniyetmələr vəgənclər arasında idmanın inkişaf etdirilməsi onun daha yüksək səviyyəyə qaldırılması istiqamətində keçmiş təcrübənin müsbət cəhətləri dətətbiq olunmaqdadır.