Ölkə Prezidentinin nağdsız ödənişlərin stimullaşdırılması və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq respublikada zəruri işlər həyata keçirilir.  Görülən işlərin məntiqi nəticəsi olaraq POS-terminalla təchiz edilmiş ticarət və iaşə obyektlərinin sayı durmadan artır. “AtaBank” ASC tərəfindən POS terminallar tam olaraq pulsuz quraşdırılır və xidmətə görə əlavə komissiya tələb olunmur.


“AtaBank” ASC nağdsız ödənişlər bazarının həcminin artmasını və gələcəyini nəzərə alaraq bu sahədə fəaliyyətini daha da sürətləndirməyə qərar vermişdir. Bunun nəticəsi olaraq bank 2012-ci il ərzində  POS-terminal şəbəkəsini bir neçə dəfə artırmağı qarşısına məqsəd qoymuşdur. Artıq ilkin nəticələr də bəllidir. Belə ki, fevral ayının 15-ə olan məlumata görə bankın POS-terminallarının sayı 1000 ədədi keçmişdir. İlin əvvəli ilə müqayisədə artım 65% təşkil etmişdir.


Qeyd edək ki, “AtaBank” ASC  dünyanın ikinci  ən böyük beynəlxalq ödəniş sistemi olan “MasterCard Europe Sprl” ilə danışıqlara start vermişdir. Cari il ərzində bu prosesin yekunlaşması gözlənilir. Yeni sistemə qoşulmaq bankın müştərilərinə yeni imkanlar yaradacaq və əlavə seçim imkanı verəcəkdir.