Dekabrın 26-da Bakıda yeni “Renault Dokker” və “Dokker Van” minivenlərinin sınaq yürüşü təşkil olunub. Tədbirdə avtomobil sahəsi üzrə Azərbaycanın aparıcı KİV nümayəndələri iştirak edib.


 


Onlar xüsusi müəyyən edilmiş marşrut boyu şəhər və şəhər ətrafı avtomobil yollarında “Renault” minivenlərinin texniki və istismar imkanları, həmçinin hərəkət keyfiyyətini sınaqdan keçirə bilib. 


 


Tədbir çərçivəsində sınaq yürüşü iştirakçıları “Ümid Yeri” uşaq sığınacağını ziyarət edib, uşaqların Yeni il baryamını təbrik ediblər. Sınaq yürüşündən öncə “Renault Azerbaijan” diler mərkəzində sözügedən minivenlərə dair təqdimat keçirilib. Daha sonra sınaq iştirakçıları “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün nəzərdə tutlmuş Yeni il hədiyyələrini avtomobillərə yükləyərək, eyni zamanda minivenlərin tutumu və funksionallığını yoxlayıblar.


 


Sınaq yürüşü çərçivəsində avtomobillər Bakının hərəkəti intensiv olan yollarına çıxıb, daha sonra isə şəhər ətrafına üz tutaraq “Ümid Yeri” uşaq sığınacağına gəlib. Jurnalistlər “Ümid Yeri”nin uşaqları ilə tanış olub, onlarla ünsiyyət qurublar və Yeni il bayramlarını təbrik ediblər. Bundan başqa, uşaqlar arasında yol hərəkəti qaydalarına dair viktorina təşkil olunub.


 


Qaliblərə və ümumiyyətlə bütün uşaqlara hədiyyələr və şirniyyat təqdim olunub. Uşaq sığınacağından sonra Bakı ətrafında minivenlərin foto və video çəkilişi təşkil olunub. Sınaq yürüşündə 4 “Renault Dokker” modeli və 1 kommersiya miniveni olan “Dokker Van” iştirak edib. Yürüş marşrutu təxminən 100 km təşkil edib. 


 


“Yeni “Renault Dokker” və “Dokker Van” – “Renault”nun ilk sərnişin və kommersiya minivenləridir ki, Azərbaycanda bu modelləri avtomobil həvəskarları, həmçinin kiçik və orta biznes nümayəndələri çoxdan gözləyirdi. Ümid edirəm ki, Azərbaycanda bu minivenlər yüksək qiymətləndiriləcək və avtomobil bazarında öz seqmentində lider mövqe tuta biləcək”, - deyə “Renault” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan “Nurgun Motors” şirkətinin marketinq meneceri İlkin Qurbanov bildirib.


 
“Renault Dokker” – şəxsi və professional istifadə üçün nəzərdə tutulmuş, əla modulyasiyaya və öz sinfində ən iri yük yerinə (800 litr) malik olan 5 nəfərlik minivendir.
 
 
“Renault Dokker Van” isə kommersiya seqmentinə aid olan minivenlərdəndir. Praktiklikliyi, istismar xarakteristikası və daxili sahəsi ilə (maksimal yükləmə həcmi 4,0 m³, maksimal yükləmə uzunluğu isə 3,1 m) bu avtomobil kiçik və orta sahibkarlarda maraq oyadacaq.
 
 
Yeni yığcam minivenlər həcmi 1,6 litr (80 an gücü) olan benzin mühərriklərlə təchiz olunub. Azərbaycanda “Renault Dokker” 100 000 km məsafə və ya 3 illik zəmanətlə, “Dokker Van” modeli isə məsafədən asılı olmayaraq 2 illik zəmanətlə təklif olunur.
 

Azərbaycanda “Renault Dokker” və “Dokker Van” minivenlərinin qiyməti:


Komplektasiya


Ambiance


Model


“Renault Dokker”


“Renault Dokker Van”


Mühərrik,


sürətötürmə qutusu


1,6  MSQ


1,6  MSQ


Mühərrikin gücü, a.g.


80


80


Qiymət, AZN


14 200


15 400